Şirvanda şəhid Yusif Cəfərovun doğum günü qeyd olunub - FOTOLAR
26-04-2022 [18:20]
Aprelin 25-də Şirvan şəhər şəhidi Cəfərov Yusif Mübariz oğlunun doğum günü qeyd edilib.
Mia.az xəbər verir ki, bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının üzvü Hacı Vasif Əlizadə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər.
Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, doğmalarına səbir diləyiblər. Belə vətənpərvər, mərd oğul böyütdüyü üçün şəhidin anası Gülbəniz xanıma təşəkkürlərini bildiriblər.
2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində düşmənə qan uddurmaq üçün cəbhəyə yollanan, qanları ilə şanlı tariximizi yenidən yazan oğullarımızdan biri də Yusif idi. O, Zəngilan, Qubadlı, Cəbrayıl döyüşlərində xüsusi qəhrəmanlıq göstərib, döyüş tapşırığını yerinə yetirərkən şəhadətə yüksəlib. Şücaətli Vətən oğlu 4 noyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Şəhid Yusif Cəfərov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva ərazi bötüvlüyümüz uğrunda həyatlarının ən gözəl çağında canlarından keçərək şəhadətə yüksələn şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını, hər zaman dərin ehtiramla yad ediləcəyini söyləyib. Qəhrəman oğullarımız sayəsində 44 günlük Vətən müharibəsində bütün dünyanın vətən sevgisinin yenilməz gücünə, əsl həmrəyliyə, birliyə şahid olduğunu diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov çıxış edərək Böyük Qələbəni bizlərə yaşadan, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı yenidən dalğalandıran şanlı ordumuzun gücünü düşmənə bir daha göstərən igidlərimizin qəhrəmanlıq tariximizi yenidən yazdığını bildiriblər. Ən yüksək məqama-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı hər zaman dərin minnətdarlıq hissi ilə xatırlayacağımızı söyləyiblər.
Yusiflə bağlı xoş xatirələrini bölüşən şəhid anası oğlunun mərdliyindən, vətənpərvərliyindən, şərəfli ömür yolundan danışıb. Gülbəniz xanım şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban Xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə edib.
Sonra şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında onun xatirəsinə ithaf olunan bulağın aşılışı olub. Sonda isə şəhidin xatirəsinə iftar süfrəsi verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi