3 ay ərzində 1 milyona yaxın sorğu - Azercell-in Əlaqə Mərkəzi müştəri məmnuniyyətini 93%-ə çatdırıb
24-04-2022 [13:06]
Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən “Azercell Telekom” MMC bu istiqamətdə fəaliyyətini davam etdirir.
Mia.az xəbər verir ki, “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən şirkətin yeni məqsədi rahat və innovativ həllər vasitəsilə abunəçilərin həyat keyfiyyətini yaxşılaşdırmağa fokuslanır. Hazırda Azercell müraciətlərin vaxtında və effektiv formada cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin edir.
Qeyd edək ki, müasir dövrün tələbatına uyğunlaşan və hətta bir addım öndə olaraq ən yeni tendensiyaları tətbiq edən Azercell rəqəmsal kanallar üzərindən göstərdiyi xidmət çeşidinin genişləndirilməsinə xüsusilə diqqət ayırır. Təkcə son 3 ay ərzində şirkətə onlayn kanallar vasitəsilə 250 000-dən çox müraciət daxil olub və bunlardan təxminən 38 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.
“Azercell Telekom” MMC cari ilin birinci rübü ərzində Əlaqə Mərkəzinə daxil olan zənglərin statistikasını da açıqlayıb. Belə ki, ötən il Azercell-in Əlaqə Mərkəzinə 1 milyona yaxın zəng daxil olub və bu zənglərin 98%-i cavablandırılıb. Bu müraciətlərin təxminən 28 000 -i Azercell Premium dəstək xəttinə, 34 000-i isə Korporativ müştərilərə xidmət göstərən Telefon Mərkəzinə ünvanlandırılıb. Şirkətin Əlaqə Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 93%-dən çox təşkil edib.
Ümumilikdə Telefon Mərkəzinə daxil olmuş müraciətlərin ortalama cavablanma müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Müraciətlərin məzmununa gəlincə, fərqli kanallar vasitəsilə daxil olan sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara aid məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
Qeyd edək ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” tətbiqi də abunəçi sorğularının həlli istiqamətində atılmış ən böyük addımlardan biridir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və xidmətlərə qoşulmaq da mümkündür.
Azercell Müştəri Xidmətləri sahəsində həyata keçirdiyi yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Bu sahədə ölkəmizdə örnək olan Azercell fəaliyyət dövrü ərzində “ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq” sertifikatına, eləcə də “ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar” və “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatlarına layiq görülmüşdür.
Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi