“Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib - FOTOLAR
23-04-2022 [16:57]
22 aprel 2022-ci il tarixdə Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbdə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Yarışın açılış nitqi ilə çıxış edən Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov gənclərdə vətənpərvərlik, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədilə hər il keçirilən “Şahin” hərbi-idman oyunlarının vacib məsələ kimi dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirib. Ölkəmizdə bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasından, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsindən bəhs edib. Qeyd edib ki, məhz diqqət və qayğının nəticəsidir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuz qalib gələrək işğal altında olan torpaqlarımızı azad edib. Lakin buna baxmayaraq hər bir vətəndaşın daim torpaqlarımızın müdafiəsində hazır olmalı olduğunu diqqətə çatdırıb. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğunu bildirib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva yeniyetmə və gənclərimizin hərbi-idman oyunlarına həvəslə hazırlaşmasından və yarışlarda coşğu ilə mübarizə aparmasından sevinc və qürur hissi keçrdiyini bildirib. Bu şagirdlər arasından gələcəyin igid əsgərlərinin yetişdiyini vurğulayıb. 2020-ci il Vətən müharibəsində əsgər və zabitlərimizin öz şücaətləri ilə qəhrəman xalq olduğumuzu dünyaya sübut etdiklərini diqqətə çatdırıb. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmasına və şəhidlərimizin qəhrəmanlığı nəticəsində rahat yaşaya bildiyimizə görə son 30 ildə yetişən gəncliyə minnətdar olduğmuzu söyləyib. Yarış iştirakçılarına uğurlar arzulayıb və gələcəkdə Vətənin müdafiəsinə daim hazır olmalarını tövsiyə edib.
Sonra çıxış edən Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev artıq gənclərin çağırışaqədərki hazırlığının orta ümumtəhsil məktəblərində yüksək səviyyədə tədris olunduğunu qeyd edib. Pandemiya ilə əlaqədar 2 il ərzində “Şahin” hərbi-idman oyunlarının keçirilməməsinin şagirdlərin bu yarışa uzun müddət ərzində daha yaxşı hazırlaşmalarına kömək etdiyini vurğulayıb. Bu yarışın gənclərin vətənpərvərlik hisslərinin yüksəlməsinə, onların ordu sıralarında xidmətə hazırlanmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Çıxışlardan sonra Hərbi-idman oyununda komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi