Açıq hökumətin Milli Fəaliyyət Planının monitorinq nəticələri açıqlanıb
29-01-2022 [19:04]
28 yanvar 2022-ci il tarixində dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası” monitorinq hesabatının onlayn təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, müxtəlif dövlət qurumlarının (o cümlədən, Korrupsiya ilə mübarizə Komissiyası, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Maliyyə Monitoring Xidməti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, KOBİA, ASAN, və s.) və onlarla QHT-lərin (ümumilikdə 54 nəfər) iştirakı ilə keçirilən tədbirdə MFP-nin bəndlər üzrə icra vəziyyəti barədə məlumatlar verilmiş, müzakirələr aparılmış.
Hesabatı hazırlayan eksper qrupunun rəhbəri, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev cıxışında monitorinqin nəticələrinə əsasən Milli Fəaliyyət Planında (MFP) nəzərdə tutulmuş fəaliyyətlərin orta icra göstəricisi 73% olduğunu qeyd etmişdir. 24 bənd üzrə fəaliyyətlər tam icra edilmiş, 7 bənd üzrə fəaliyyətlər 50%-dən aşağı icra olunmuşdur, 2 bənd üzrə isə fəaliyyətlər icra olunmamışdır. İki istiqamət – “İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər” və “Əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər” üzrə orta icra göstəricisi 50%-dən aşağı olmuşdur. “Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər” üzrə bütün fəaliyyətlər tam icra olunmuşdur.
Hesabata dair təqdimatla çıxış edən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri, layihə eksperti Zaur İbrahimli nəzərəçarpan irəliləyişlər kimi aşağıdakılar qeyd etmişdir:
- Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması;
- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər;
- elektron notariat xidmətlərinin və məhkəmə qərarlarının icrasının elektronlaşdırılması;
- Kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması;
“Ağıllı kənd” layihəsinə start verilməsi (layihə kənd yerlərində bütün dövlət xidmətlərinə çıxışı olan cəlbedici yaşayış şəraiti yaratmaq məqsədi daşıyır);
- yerli icra hakimiyyəti orqanlarında “ASAN müraciət” sisteminin (vətəndaşların dövlət orqanlarına müraciəti üçün rəqəmsal platforma) tətbiqi il bağlı pilot layihənin başladılması;
- ictimai iştirakçılığın genişləndirilməsi və mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi.
Tədbirdə iştirak edən dövlət qurumlaırnın nümayəndələri, o cümlədən Korrupsiya ilə mübarizə Komissiyasının katibi Ramin Vəlizadə, ictimai iştirakçılığın vacibliyi, QHT-lərin müxtəlif məsləhətləşmələrə cəlb edilməsini və hesabatın tövsiyyələrini yüksəl qeymətləndirərək işçi qrupuna təşəkkürlərini bildirmişlər. Yekunda iştirakçıların təklifləri dinlənilmiş, dövlət qurumları və ekspertlər tərəfindən onların sualları cavablandırılmışdır.
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiy Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində həyata keçirilib. Layihə ABŞ-ın FHI 360 təşkilatı, İCNL, MG Consulting tərəfindən Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilir.
Hesabatın tam mətni http://ogp.org.az/az/index.php/2022/01/28/2020-2022-mfp-monitorinq-hesabati/ saytından əldə oluna bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi