Şirvanda şəhidlərin adlarına sinif otaqları yaradılır - FOTOLAR
18-04-2022 [12:05]
Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına döyüşərək şəhadətə yüksələn şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir çox işlər görülür, tədbirlər həyata keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycanın çağdaş tarixinə şanlı səhifə yazan şəhidlərimizi məktəblilərin daha yaxşı tanıması, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində məktəblərdə adlarına sinif otaqları açılır.
16 aprel 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həmin məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Hüseynov Nicat Ziyafət oğlunun xatirəsinə həsr olunmuş sinif otağının açılışı oldu.
Sinif otağının açılışında Şəhər İcra Hakimiyyəti başçısının müavinin Aynur Fərzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev və böyük məsləhətçisi Sənan Qafarov, şəhid Hüseynov Nicatın anası Zümrüd xanım və digər şəhid anaları, qazilər, məktəbin pedaqoji heyəti iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək 2020-ci il 27 sentyabrda düşmən təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan ordusunun rəşadəti sayəsində 44 gün ərzində tarixi torpaqlarımızın azad edilməsindən, Böyük Zəfərin qazanılmasında igidlərimizin göstərdiyi qəhrəmanlıqdan danışdı, torpaqlarımızın azadlığı, ölkəmizin işıqlı gələcəyi naminə igidlik göstərərək gənc yaşlarında şəhidlik zirvəsinə yüksələn şücaətli oğullarımızın xatirəsinin daim əziz tutulacağını, Azərbaycan xalqı var olduqca qəhrəman şəhidlərimizin də yaşayacağını, hec vaxt unudulmayacağını söylədi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.
Sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, 16 saylı məktəbin adını daşıyan I Qarabağ müharibəsi şəhidi Bəhruz Aslabovun atası Misil Aslanov, məktəbin direktoru Elmira Ələsgərova və tarix müəllimi Həmayıl Mehdiyeva şəhidlərin tarixi zəfər yolundan söz açaraq Vətən müharibəsi zamanı bütün dünyanın Azərbaycan xalqının birliyinin, vətənpərvərlik əzminin, əsgər və zabitlərimizin şücaətinin, ordumuzun gücünün, qüdrətinin bir daha nümayiş etdirildiyindən danışdı, bu qələbəni bizlərə yaşadan mərd oğullarımızla hər bir azərbaycanlının qürur duyduğunu söylədi, şəhid ailələrinin daim ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatələndiyindən bəhs etdilər.
Tədbir şəhidin fotoşəkillərinin əks olunduğu videoçarxla və məktəbin şagirdləri tərəfindən bədii şeir kompazisiyaları ilə davam etdirildi.
Tədbir iştirakçıları şəhidin adını daşıyan sinif otağında Nicatla bağlı xoş xatirələrini bölüşdülər, onu zarafatcıl, gülərüz, xeyirxah, böyük ürəyə sahib biri kimi yaddaşlarda qaldığını söylədilər. Şirvan qaziləri şəhid Nicatın qəhrəmanlıqlarından, şərəfli döyüş yolundan danışdılar.
Şəhid Hüseynov Nicat Ziyafət oğlu Ali Baş Komandan, Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında bütün şəhidləri ziyarət etdilər, məzarlarına qərənfillər qoydular, ruhlarına dualar oxudular.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi