Milli Məclis üzvləri vəkillərlə görüş keçirdi - FOTOLAR
08-04-2022 [11:53]
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi üzvlərinin “Arbitrium” Vəkil Bürosunun yeni açılmış ofisində vəkillərlə görüşü keçirilib.
Mia.az Büroya istinadla xəbər verir ki, görüşdə Azərbaycanda vəkilliyin inkişafı, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbiri açan “Arbitrium” Vəkil bürosunun direktoru Polad Mehdiyev qeyd edib ki, Prezident ilham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafına böyük təkan verib.

Onun sözlərinə görə, Sərəncamın preambulasında güclu və nüfuzlu vəkillik institutu ilə bağlı proqram xarakterli fikir və müddəalar inkişafda olan vəkilliyin əsas devizinə çevrilib.
"Cənab Anar Bağırovun Vəkillər Kollegiyasının sədri seçilməsindən və qeyd edilən sərəncamın icrasından sonra demək olar ki, vəkilliyin inkişafında böyük dönüş yarandı. Aparılan islahatlar nəticəsində vəkillik institununun siması tamamilə dəyişib",-deyə büro rəhbəri vurğulayıb.
P.Mehdiyev əlavə edib ki, qeyd edilən səbəblərdən “Arbitrium” Vəkil Bürosu təsis edilib və qısa müddətdə özündə hüququn müxtəlif sahələrini bilən peşəkar hüquqşünaslar birləşdirib.

Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov çıxışında bildirib ki, vəkillik sahəsi bu gün ölkəmizin ən mühüm hüquqi institutlarından birinə çevrilib. O, vəkillərin cəmiyyətdə rolunun artmasına diqqət çəkib: "Ümumiyyətlə vəkillik məhkəmə-hüquq islahatları çərçivəsində ən mühüm yerlərdən birini tutur və tutmalıdır. Bu cür vəkillik bürolarının açılması çox fərəhləndirici haldır və mən əminım ki, belə vəkil bürolarının sayı nə qədər çox olarsa, o qədər əhaliyə yüksək səviyyəli, keyfiyyətli hüquqi yardım göstəriləcək". Millət vəkili vurğulayıb ki, adətən belə vəkil bürolarında kifayət qədər təcrübəli məhkəmə - hüquq praktikasını, mülki prosesi, cinayət prosesini, mülki prosessual qanunvericiliyi, cinayət prosessual qanunvericiliyini və qanunvericiliyin digər sahələrini bilən təcrübəli insanlar toplanır. Bu fəaliyyətə gənclərin cəlb edilməsini fərəhləndirici hal sayan N.Səfərov, onlara uğurlar arzulayıb.

Millət vəkili Vüqar İsgəndərov isə bildirib ki, vəkillik institunun qarşısında çoxlu məqsədlər var və onların ən birincisi məhkəmə - hüquq islahatlarının həyata keçirilməsidir: "Hazırda bu istiqamətdə mühüm addımlar atılır. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvi kimi yaxın gələcəkdə inzibati və prosessual dəyişikliklərlə bağlı təqdimatlarım olacaq. Yada salmaq istəyirəm ki, iki il əvvəl, yəni birlikdə çalışdığımız illərdə bu konteksdə kifayət qədər müzakirələrimiz olub. Yeni prosessual məsələlərlə bağlı vəkilləri düşündürən, narahat edən hallar var ki, onlar vaxtaşırı öz təkliflərini irəli sürürlər. Ümumiyyətlə, bu cür müzakirələrin olması o deməkdir ki, sözügedən instituta böyük maraq var. Çünki dövlət adından qərar verən məhkəmə hakimiyyətinin, qanunun aliliyinin təmin olunması vacibdir. Ona görə də bu sahədə islahatlar qaçılmazdır və düşünürəm ki, gələcəkdə də davam edəcək. Əsas məqsədlərdən biri vəkilliyin nüfuzunun daha da artırılmasıdır. Düşünərm ki, son illərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə bu institutun nüfuzu daha da artıb".
Daha sonra toplantı vəkillər çıxışları və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi