DİM Gürcüstanda Azərbaycan dili müəllimlərinin hazırlanmasına dəstək verəcək
07-04-2022 [17:39]
Dövlət İmtahan Mərkəzi (DİM) Gürcüstanda Azərbaycan dili müəllimlərinin hazırlanmasına dəstək olacaq.
Mia.az mərkəzə istinadən xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze ilə onlayn formada görüş keçirilib.
Görüşdə qurumlar arasında artıq iki ildir rəsmi şəkildə davam edən əməkdaşlığa dair qarşılıqlı məmnunluq ifadə edilib və həyata keçirilən işlərin qurumlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli olduğu vurğulanıb.
İclasda tərəflər arasında daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən gələcəkdə ortaq tədqiqatların aparılmasına dair irəli sürülmüş təşəbbüs NAEC nümayəndələri tərəfindən xoş qarşılanıb və görüşdə buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.
Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20 may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il tarixində yenilənib. Ötən iki il ərzində aşağıdakı işlər yerinə yetirilib:
- Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının təkmilləşdirilməsi;
- Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqların hazırlanması;
- MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testlərinin təkmilləşdirilməsi;
- MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.
Bu il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı əməkdaşlıq sahələri əksini tapıb:
- MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
- DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması.
Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı differensial əmək haqlarının müəyyən edilməsində istifadə olunur.
Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 8-ci iclas Protokulunun müddəalarınının icrasına da töhfə verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi