Şirvanda "Gender və uşaqlara qarşı zorakılıq" üzrə monitorinq qrupunun iclası keçirilib - FOTOLAR
06-04-2022 [20:51]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu"nun üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, dəyirmi masada Şirvan Şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin, Qeydiyyat şöbəsinin, Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, Təhsil şöbəsinin, Sosial Xidmət Müəssisəsinin məsul şəxsləri iştirak edib.
İclası Şəhər İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun sədri Aynur Fərzəliyeva açaraq ölkəmizdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazasının yaradılması barədə geniş məlumat verib.
Qeyd edib ki, müstəqillik qazandıqdan sonra ölkəmiz Ulu öndərin təşəbbüsü və dəstəyi ilə gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib və yerli icra hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qrupları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə yerlərdə gender zorakılığına qarşı mübarizə ilə əlaqədar qanunamivafiq tədbirlər həyata keçirir, gələckdə baş verə bilcək neqativ hallara qarşı profilaktik işlər görür.
Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi Samirə İsmayılova ötən dövr ərzində qrupun fəaliyyəti, qrupun yeni tərkibi, tədbirlər planı barədə məlumat verib.
Pandemiya dövründə qrupun maarifləndirmə tədbirlərində məhdudiyyətlər yaransa da, onlayn seminarlar vasitəsilə bu sahədə boşluğun aradan qaldırıldığını bildirib. Məişət zorakılığı ilə bağlı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlər və görülmüş işlərdən danışıb. Monitorinq qrupunun yenilənmiş tərkibi ilə gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı mütəmadi müzakirələr aparılacağını, ümumtəhsil müəssislərində vaxtaşırı maarifləndirici tədbirlərin keçiriləcəyini, bu sahədə daha səmərəli fəaliyyət göstəriləcəyini qeyd edib.
Maraqlı diskussiya şəraitində keçən görüşdə Şirvan şəhər Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Nazim Bağırov, sahə rəisi Emin Budaqov, Şirvan şəhər Təhsil şöbəsinin nümayəndəsi Elçin Hüseynov, Şirvan şəhər Qeydiyyat şöbəsinin müdiri Bəhmən Quliyev, Sosial Xidmətlər Agentliyinin 14 saylı filalialının müdiri Vasif Əliyev, Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum evinin mama-ginekoloqu Sevinc Alışova, Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Tərlan Muradov riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi sahəsində görülən işlərdən danışıblar.
Zorakılığa yol açan səbəblərin başında narkomaniya, təhsilsizlik, iqtisadi asılılıq, hüquqi bilgisizlik dayandığını vurğulayıblar. Erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin bir sıra fəsadlar yaratdığını bildiriblər.
Məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin, hüquqi maarifləndirmənin vacibliyini qeyd ediblər.
İclasın sonunda gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin gücləndirilməsi barədə təkliflər səsləndirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi