Şirvanda şəhid Rahil Ərəblinin ailəsi ziyarət edilib - FOTO
05-04-2022 [14:12]
Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva Aprel döyüşlərinin şəhidi Ərəbli Rahil Rafiq oğlunun ailəsini ziyarət edib, şəhidin əziz xatirəsini hörmətlə anıblar.
Mia.az xəbər verir ki, ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə erməni təxribatına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan danışılıb. Ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində mühüm strateji əhəmiyyətə malik Lələtəpə, Talış yüksəkliklərinin və 2000 hektarlıq ərazinin azad edildiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Aprel şəhidlərinə yüksək qiymət verildiyi, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının Şirvan şəhərində də davam etdirildiyi, 27 sentyabr 2020-ci il tarixdə erməni təxribatına və təcavüzünə qarşı ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində tarixi torpaqlarımızın azad olunduğu, işğaldan azad olunan şəhər və rayonlarda Azərbaycan bayrağının qaldırılması nəticəsində bütün şəhidlərimizin, o cümlədən Aprel şəhidlərinin də ruhlarının şad olduğu qeyd edilib. Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən,
"Şəhid Anası" memorial abidə kompleksinin ucaldılmasından, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında aparılan yenidənqurma işləri zamanı "Zəfər" və "Qarabağ" xiyabanının salınmasından, xiyabanda Vətən müharibəsində döyüşən əsgər və zabitlərin şərəfinə " Zəfər" abidəsinin inşasından, şəhərin mərkəzi meydanında Şirvan şəhidlərinin fotoşəkilləri və barələrində məlumatın təbliğ edilməsindən, hər bir şəhid ailəsinə xüsusi həssaslıqla yanaşılıb, diqqət və qayğı göstərilməsi barədə ətraflı məlumat verilib. Şəhid ailələrinə göstərilən bu diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Aprel şəhidi Ərəbli Rahil Rafiq oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi