Şirvanda Milli Qəhrəman, şəhid Rəfael Həbibovun doğum günü qeyd edilib - FOTOLAR
03-04-2022 [18:00]
Şirvan Şəhər İcra Hakimiyyətinin və 14 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 2 aprel 2022-ci il tarixdə şəhid, Milli Qəhrəman Rəfael Şərafət oğlu Həbibovun təhsil aldığı məktəbdə doğum günü qeyd edildi.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayevin, İcra Hakimiyyətinin məsul əməkdaşı Adəm Hüseynovun, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Pənah Xankişiyevin və şəhidin ailə üzvlərinin iştirakı ilə keçirilən tədbir dövlət himninin ifası ilə başlayıb. Mənalı ömrünü Azərbaycan xalqına fəda edən Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ruhlarına dualar edildi.
Tədbirdə çıxış edən 14 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Pənah Xankişiyev, şəhidin qardaşı, ehtiyatda olan mayor Cəbrayıl Həbibov çıxış edərək şəhidin keçdiyi həyat yolundan, hərbi xidmət zamanı göstərdiyi şücaət və qəhrəmanlığından bəhs etdilər. Gənc nəslin şəhid, Milli Qəhrəman Rəfael Şərafət oğlu Həbibovun göstərdiyi qəhrəmanlıq ruhunda əsil vətənpərvər kimi böyüməsinin əhəmiyyəti, məktəbdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlər barədə təsüratlarını bölüşdülər.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Adəm Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə və qazilərə, veteranlara göstərilən diqqət və qayğıdan danışdı.
Bu qayğının yerlərdə də davam etdirildiyini vurğuladı. Şəhid, Milli Qəhrəman Rəfael Həbibovun doğum günü ilə əlaqədar şəhidin ailə üzvlərinə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun ən xoş arzularını, başsağlığını çatdırdı. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun təşəbbüsü ilə şəhərdə şəhid ailələrinə göstərilən həssas münasibətdən, diqqət və qayğıdan danışdı. Bildirdi ki, son illər Şirvan şəhər Şəhidlər Xiyabanı yenidən qurulmuş, Vətən müharibəsi şəhidlərinin məzarları üzərində qara mərmərdən abidələri, Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılmış, müasir tələblər səviyyəsində yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında “Zəfər”, “Qarabağ” xiyabanı salınmış, xiyabanda Vətən müharibəsi döyüşçülərinin şərəfinə respublikada ilk olaraq “Zəfər” aibədəsi qoyulmuş, şəhərin mərkəzi meydanında müasir standartlara uyğun quraşdırılmış monitorda şəhidlərin fotoşəkilləri və barələrində məlumatlar yerləşdirilmişdir. Şirvan şəhərindən olan üç Milli Qəhrəmanın büstləri qoyulmuş, adları oxuduqları məktəbə və əvvələr yaşadıqları küçələrə verilmişdir.
Vətən müharibəsində orden və medallarla təltif edilən beş şəhidin də adı əvvəllər yaşadıqları küçələrə verilməklə əbədiləşdirilmişdir. Şirvan Şəhidlər Xiyabanında dəfn edilən Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının üstünün qara mərmərdən götürülməsi istiqamətində zəruri tədbirlərin görüldüyü tədbir iştitakçılarının nəzərinə çatdırılmışdır.
Tədbirdə Milli Qəhrəman Rəfael Həbibovun həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş edilmişdir.
Sonra 14 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Rəfael Həbibova həsr etdikləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər. Şəhid, Milli Qəhrəman Rəfael Həbibovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçıları şəhid, Milli Qəhrəman Rəfael Həbibovun məktəbin dəhlizindəki büstünü, şəhərin Şirvan Dəmiryolu vağzalı önündə yerləşən abidəsini, və el qəbirstanlığındakı məzarüstü büstünü ziyarət ediblər. Abidələrin önünə gül-çiçək dəstələri qoyub, ruhuna dualar ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi