29-03-2014 [16:59]
29 Mart 2014 tarixində "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən "Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)” adlı dəyirmi masa keçirilib.
Seminarın
qonaqları AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "Cənubi Azərbaycan” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru
Əkrəm Rəhimli və AMEA A.Bakıxanov adına
Tarix İnstitutu "Əhali tarixi və tarixi demoqrafiya” şöbəsinin baş elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov olmuşdur.
Giriş
sözü ilə çıxış edən ictimai birliyin sədri dosent Məmmədəli Babaşlı Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin
obyektiv öyrənilməsi istiqamətində görülən işlərdən danışaraq, erməni millətçiləri
tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımları haqqında da məlumat
vermişdir. M. Babaşlı öz çıxışında erməni millətçilərinin "Böyük Ermənistan"
yaratmaq uğurundakı qanlı əməlləri nəticəsində Bakıda, Şamaxıda, Qubada,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Güney Azərbaycanın müxtəlif şəhərlərində
minlərlə dinc əhalinin qətlə yetirilməsi ilə bağlı seminar iştirakçılarına ətraflı
məlumat vermişdir.
AMEA AMEA
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "Cənubi Azərbaycan” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru
Əkrəm Rəhimli 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Güney Azərbaycanın
müxtəlif şəhərlərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hərəkətləri
ilə bağlı məlumat verərək bildirmişdir ki, 1918-ci ildə ermənilər Azərbaycan
türklərinə qarşı kütləvi qırğınlar törədəndə ən çox ziyan çəkən bölgələrdən biri
də Cənubi Azərbaycan əhalisi olmuşdur. Ermənilər xüsusilə rusların köməyi ilə
1918-ci ilin birinci yarısında Urmiyə, Xoy, Səlmasda, Qərbi Azərbaycanın bir
sıra kənd və qəsəbəsində Azərbaycanlılara qarşı soyqırımı törətmişlər.
AMEA A. Bakıxanov adına Tarix İnstitutu "Əhali
tarixi və tarixi demoqrafiya” şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Vaqif Abışov 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali
Azərbaycanda həyata keçirilən soyqırımı haqqında məlumat verərək bildirmişdir
ki, "Bakı Quberniyası üzrə 1918-ci ilin mart-sentyabr aylarında 50 min, Bakıda
12 min, Şamaxıda 8 min, Qubada 16 min, Gəncə quberniyasının Zəngəzur qəzasında
115 kənd dağıdılıb, 2096-sı uşaq olmaqla 7729 nəfər qətlə yetirilib. Bunlardan
2276 nəfəri qadın, 3200 nəfəri kişi idi. Ümumilikdə Cənubi Azərbaycanda 130 min
azərbaycanlı qətlə yetirilmişdir”.
Səmimi
şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran
qonaqlar mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi. Görüşün sonunda GEAD
İctimai Birliyinin sədri dosent M.Babaşlı səmimi keçən görüş üçün qonaqlara təşəkkür
etmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi