Dövlət Komitəsindən saxta Ramazan təqvimi yayanlara - Xəbərdarlıq
30-03-2022 [16:52]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib.
Mia.az xəbər verir ki, müşavirədə DQİDK və tabeliyindəki qurumların, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin rəhbərliyi, eləcə də Dövlət Komitəsi mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan ayında planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışaraq DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələrə diqqət çəkib. Bildirib ki, Ramazan ayında Dövlət Komitəsinin şöbələri iş fəaliyyətini daha da gücləndirməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarət prosesi də Dövlət Komitəsinin vəzifələri sırasındadır. Bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsi labüddür.
Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan Mübariz Qurbanlı Ramazan ayında bölgə şöbələrinin milli-mənəvi, dini dəyərlərimizin təbliği prosesində daha aktiv fəaliyyət göstərməsinin, bu sahədə tədbirlər, layihələrlə yanaşı, sosial media platformalarında fəallığın vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin (Agentlik) direktoru Vüqar Babayev QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı Fətva qəbul etməsinin ardından Naxçıvanda Ramazan təqviminin hazırlanması ilə bağlı işlərin başlandığını qeyd edib. Bildirib ki, Muxtar Respublika ərazisində fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinə Ramazan ayındakı ibadətləri zamanı müvafiq tövsiyələrə əməl etmələri məsləhət görülüb. Agentlik rəsmisi, həmçinin Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da inanclı şəxslərin məzhəb fərqi qoyulmadan dini ibadətlərini həyata keçirdiklərini əlavə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı (MDTF) direktoru Mehman İsmayılov MDTF-nin illik fəaliyyət planında Ramazan ayında icra olunacaq layihələrə xüsusi yer verildiyini bildirib. Bu ayda dini icmalarla birgə şəhid ailələrini ziyarətlər zamanı bayram sovqatı, eləcə də ərzaq alış-verişi üçün hədiyyə kartlarının təqdim ediləcəyini deyən Mehman İsmayılov belə layihələrin yardımlaşmaq kimi milli və dini adət-ənənəni yaşatmaqla yanaşı, ölkəmizdə dövlət-din münasibətlərinin möhkəmlənməsində də önəmli rol oynadığını vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov təhsil müəssisəsi tərəfindən Ramazan ayında maarifləndirici videoçarxların hazırlanacağını söyləyib.
Görüləcək işlərlə bağlı təkliflərini səsləndirən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Ramazan ayında saxta təqvimlərin yayılmasının yolverilməz olduğunu, vahid Ramazan təqviminə riayət olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi