Xaricdən gələn şagirdlərin məktəblərə yerdəyişmə qaydası bəlli olub
30-03-2022 [14:09]
Şagirdlərin xarici ölkələrdən Azərbaycanın ümumi təhsil müəssisələrinə yerdəyişməsinin hansı qaydada aparıldığı açıqlanıb.
Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, I–IX siniflərdə təhsil alan şagirdlərin valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirildikdən sonra, ona müraciət etdiyi məktəb tərəfindən "Ümumi təhsil müəssisələrinin informasiya sistemi" (UTİS) vasitəsilə "Şərti UTİS" kodu alınır.
Qeyd edilib ki, şagirdin valideyni (digər qanuni nümayəndə) ilk növbədə, özünün şəxsiyyət vəsiqəsi ilə şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) qeydiyyatdan keçir və şagirdin "Şərti UTİS kodu"nu portala daxil etməklə qeydiyyat prosesini tamamlamış olur. Qeydiyyat prosesi tamamlandıqdan sonra valideyn və ya digər qanuni nümayəndə tərəfindən seçdiyi ümumi təhsil müəssisəsinin müvafiq sinfində boş şagird yeri olduğu təqdirdə sorğu yerləşdirilir. Şagird xarici ölkədə təhsil alması barədə sənəd təqdim edə bilmədikdə və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə valideyn və ya qanuni nümayəndə yerli təhsili idarəetmə orqanına müraciət etməlidir. I-XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Məktəb seçimi mərhələsində seçdiyi ümumi təhsil müəssisəsində boş yer olmadığı halda valideyn digər məktəbi seçməlidir.
Xarici ölkələrdən gələn və ümumi təhsil müəssisələrinin Azərbaycan dili istisna olmaqla, digər dillərdə tədris aparılan siniflərinə yerdəyişmə etmiş IX və XI sinif şagirdləri buraxılış imtahanlarında Azərbaycan dili fənnindən ayrıca imtahan verib verməyəcəkləri məsələsinə də aydınlıq gətirilib. Bildirilib ki, Azərbaycan dili istisna olmaqla, digər dillərdə təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verməlidirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi