GÖZƏL HİSS VƏ DUYĞULAR YARADAN TÜRKİYƏ SƏFƏRİ... - Müəllimə yazır (FOTOLAR)
28-03-2022 [20:43]
Azərbaycan Maarifçilər Assosiasiyası (AMA) üzvlərinin 21-25 mart tarixlərdə Türkiyə universitet və məktəblərinə olan səfəri uğurla bitib.
AMA-nın həmtəsisçisi və sədri Tofiq Sadıxov, onunla birlikdə çalışan Turanə Zeynalovanın rəhbərliyi ilə 48 nəfərlik bir müəllim heyəti səfərə qatılıblar. Azərbaycanın müxtəlif bölgələrindən və Bakı şəhərindən olan müəllimlər, direktor və direktor müavinləri üçün Türkiyə səfəri çox maraqlı olub.
İlk görüş Doğuş Universitetində baş tutub. Görüş Türkiyə və Azərbaycanın dövlət himnləri ilə açıldı. Doğuş Universitetinin rektoru Prof. Dr. Turgut Özkan öz heyəti ilə birlikdə AMA-nın rəhbərliyini və qonaqları böyük məmnunluqla qarşıladı. Biz universitetdə tədris zamanı nəzəriyyədən daha çox praktik tətbiqə üstünlük verildiyinin şahidi olduq. Bizim üçün qüruruverici anlardan biri azərbaycanlı Sevda xanımın qonağı olduğumuz universitetdə tədris aparması idi. AMA-nın sədri Tofiq Sadıxov və digər səfər iştirakçıları Azərbaycandan apardıqları müxtəlif hədiyyələri universitetə təqdim etdilər.
İkinci görüş isə Şəhid Fikrət Mətin Öztürk adına olan ibtidai məktəbdə baş tutdu. Dərslərdə olub, tədris prosesi ilə yaxından tanış olmaq imkanımız oldu. Bizə maraqlı gələn o oldu ki, məktəbdə tənəffüs vaxtı zəng çalınmır, hamı vaxtında tənəffüsə çıxır. Məktəbdə təsadüfən ingilis dili dərsinə daxil oldum, tədris aparan müəllimdən icazə alaraq dərsi mən davam etdirdim. Ümid edirəm ki, şagirdlərdə fərqli və gözəl təəssüratlar yarada bildim. Sonda məktəbin direktoru Aykut Keskin müəllim pedaqoji kollektivlə bizi tanış etdi, fikir mübadiləsi apardıq. Həmin görüşdə bir neçə il öncə qoşulduğum layihədən və onun uğurlarından danışdım. Təklif etdim ki, bu layihə üzrə birlikdə işləyək. Eyni zamanda, Azərbaycan təhsili, onun uğurları və gənclərə göstərilən qayğı barədə də məlumat verdim. Şəhid Fikrət Mətin Öztürk məktəbinin pedaqoji heyəti bizi sevərək dinlədi. Bu məktəbdə də azərbaycanlı Elnarə xanımın müəllimlik fəaliyyətinin şahidi olduq. O, azərbaycanlı olub, lakin oturum izni ala bilməyən vətəndaşlarımızın övladlarına fərdi dərslər keçir, onlara köməklik göstərir. Qürur duyuruq!
Forumun digər bir görüşü İstanbul Ayvansaray, yəni yeni adıyla Topkapı Universitetində baş tutdu. Universitetin baş prorektoru Dr. Bora Gündüzyeli, universitetin ombudsmanı Dr. Tayfun Güven və Beynəlxalq tələbə koordinatoru Muzeffer Cem Hançer bizim bütün suallarımıza cavab verdi, tələbə qəbulu şərtləri ilə bizi tanış etdi. Mobinq və bullinq haqqında da söhbətlərimiz oldu.
Azərbaycan Maarifçilər Assosiasiyası üzvləri olduqca gözəl prezentasiyalar hazırlamışdı, hamısını təqdim etdik. Türk xalqına 44 günlük Vətən müharibəsində böyük Zəfərimizdə dəstək və köməklik üçün minnətdarlığımızı bildirdik.
Səfər çərçivəsində İstanbulu gəzib, tarixi yerlərlə tanış olduq. Qədim və tarixi İstanbul şəhəri bizi heyran etdi. Bir müəllim kimi bu səfər xatirimdə gözəl hiss və duyğular yaratdı. Buna görə tədbir təşkilatçıları − Tofiq müəllimə və Turanə xanıma təşəkkür edirəm.
Əzizbəyim Muxtarova,
İmişli şəhər N. Nərimanov adına 1 saylı məktəb-liseyin ingilis dili müəllimi
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi