Şirvan şəhərində Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR
20-03-2022 [10:23]
19 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə ümumşəhər bayram şənliyi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, I Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin, “Şəhid anası” memorial abidə kompleksinin və şəhid məzarlarının önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri başda olmaqla tədbirə qatılan qonaqları milli geyimdə olan məktəblilər salamlayıb, onlara şərbət, duz-çörək ikram edib və Baharın gəlişinin simvolu olan Səməni bağışlayıblar. Təhsil və mədəniyyət müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından, qədim tarixə malik dulusçuluq, mis məmulatlarından, əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Qonaqlar məktəblilərlə yumurta döyüşdürüb, onların səsləndirdikləri haxıştaları, bayatıları, laylaları dinləyiblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Vətən müharibəsinin şəhidi Ruslan Rüstəmovun övladları ilə və itgin əsgər anası Ceyran Məmmədova ilə birlikdə alovlandırdığı möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Bayram tədbirini açan Bahar qız, Keçəl, Kosa şənliyə gələn qonaqları salamlayaraq şən və məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş ediblər. El ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını və arzularını bildirib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tarixi minilllərlə ölçülən və milli-mənəvi dəyərlərimiz sırasında özünəməxsus yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini tədbik edib, onlara möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.
Təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzi olan Novruz bayramının insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər aşıladığını söyləyib. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il bayram günü xalqımıza bayram təbriki ünvanladığını, bayram şənliklərində iştirak etdiyini və onlarla öz sevincini paylaşdığını vurğulayıb.
Milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edildiyini diqqətə çatdırıb. Azərbaycan xalqının ümumxalq arzusunun 2020-ci ilin sentyabrın 27-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusu tərəfindən gerçəkləşməsindən və ərazi bütövlüyümüz uğrunda başlanan 44 günlük Vətən müharibəsinin Şanlı Qələbə ilə başa çatmasından qürur duyduğunu bildirib.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şücaətli Vətən övladlarının xatırəsini yad edib, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə yandırılan bayram tonqallarının şəhidlərimizin ruhunu şad edəcəyini ifadə edib. Qeyd edib ki, Qələbədən sonra ölkə başçısı əlamətdar günlərdə ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş şəhər və rayonlara səfər edir, aparılan abadlıq-quruculuq və bərpa işləri ilə tanış olur, Qarabağımızın yenidən cənnətə çevrilməsi üçün yeni-yeni layihələrin təməlini qoyur. Ölkə başçısının diqqət və qayğısı sayəsində görülən işlər sakinlərimizdə yüksək əhval-ruhiyyə yaradır, qurub-yaratmaq əzmini gücləndirir. Şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasov dövlətimizin daha da qüdrələnməsini, müstəqilliyinin əbədi olmasını, xalqımızın əmin-amanlıq və firavanlıq şəraitində yaşamasını arzulayıb.
Bayram şənliyində Şirvan şəhərinin incəsənət ustaları, mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Şənlik iştirakçıları milli musiqinin sədaları altında rəqs ediblər.
Şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.
Bayram tədbiri “Cəngi” sədaları ilə başa çatıb.
Tədbirdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Novruz bayramı münasibətilə 2021-ci il noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Əliyev Elçin Ramil oğlunun və 2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunda qar çovğununda şəhid olan Azərbaycan Ordusunun zabiti, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun ailələırini ziyarət edib, gündəlik qayğıları ilə maraqlanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi