ABŞ Dövlət katibi Novruz bayramına həsr olunan tədbirə qatılıb, Baydenin təbrikini oxuyub
18-03-2022 [14:28]
17 mart tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan, səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayb.
Bildirilib ki, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırmışlar.
Dövlət katibi Antoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik etmiş, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd etmişdir. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə etmişdir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer Novruz proqramını təşkil edən səfirliklərə təşəkkürünü bildirərək ABŞ və Novruzun qeyd edildiyi digər regionlara öz təbriklərini çatdırmışdır. O, qarşılaşdığımız çətin zamanlarda Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi birgə dəyərlərə səslədiyini qeyd etmişdir.
ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Müdafi Katibi Lloyd Oustinin adından Novruz təbriklərini çatdıraraq, bu il region ölkələri ilə diplomatik və müdafiə sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkmiş, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində töhvələri yüksək qiymətləndirmişdir. O, 20 il ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirmişdir. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu bildirmişdir.
ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun birgə məram və dəyərləri birləşdirdiyini, sülh və həmrəyliyə səslədiyini vurğulamışdır. O, Konqresində Xarici İşlər Komitəsinin sədri qismində qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün birlik və tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Daha sonra, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirləri, Qazaxıstan və Türkiyənin səfir müavinləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırdılar.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Novruz bayramının təbiətin, insanların, fikirlərin yenilənmə zamanı olduğunu bildirərək ölkəmizdə bu dəyərin yüksək qiymətləndirildiyini qeyd etmişdir. Səfir Prezident İlham Əliyevdən sitat gətirərək, Novruz bayramının Azərbaycan xalqının dünya görüşü, gələcəyə nikbinliyi və milli birliyinin təcəssümü olduğunu bildirmişdir. O, Azərbaycan ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümündə bu xüsusi bayramın qardaş dövlətlərlə birlikdə keçirilməsinin əhəmiyyətini qeyd etmiş, daha yaxşı gələcək üçün Novruz dəyərlərinin təcəssüm etdirən əməkdaşlığın güclənəcəyinə əminlik ifadə etmişdir.
Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlanmışdır. Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə rəhbərlik etdiyi “Şur Trio” qrupu ilə birlikdə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa etmişdir.
Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləmişdir. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi