"Uşaq Qaynar Xətt" xidməti FHN-lə əməkdaşlığa başlayıb
14-03-2022 [15:32]
“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin əməkdaşlıq etdiyi dövlət qurumları sırasına Fövqəladə Hallar Nazirliyi (FHN) də əlavə olunub.
Şirkətdən Mia.az-a verilən məlumata görə, mart ayından başlayan yeni əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə uşaq və yeniyetmələr tərəfindən daxil olan müraciətlər birbaşa olaraq “Uşaq Qaynar Xətti”nə yönləndiriləcək. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə köməksiz halda olan insanlar, o cümlədən uşaq və yaşlılar da müraciət edirlər. Odur ki, yeni əməkdaşlıq ağır vəziyyətlə üzləşən azyaşlılara kömək etmək, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, psixoloji basqı və zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın göstərilməsi baxımından çox əhəmiyyətlidir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə günün istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti hər il müxtəlif çətinliklərlə üzləşən minlərlə uşaq və yeniyetməyə təmənnasız yardım edir. Hüquqları pozulan uşaqları psixoloji və fiziki zədələrdən qorumaq məqsədi daşıyan bu mərkəz 11 ildən artıqdır ki, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, “Azercell Telekom”, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin işini davam etdirir. Bu müddətdə AUQX 53.000-dən çox müxtəlif xarakterli müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, bəzi hallarda isə onlar müvafiq qurumlara yönləndirilir. Zorakılığa məruz qalmış uşaqlar və onların ailə üzvlərinə mərkəzin peşəkar əməkdaşları tərəfindən təcili psixoloji yardım da göstərilir.
“Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, ushaqqaynarxetti@gmail.com elektron poçt ünvanına, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi