Xarkovda həlak olan azərbaycanlı ailənin nəşi hadisə yerində qalıb: “Artıq 10 gündür qardaşımgilin meyitləri həyətdə qalıb" - FOTO
14-03-2022 [14:18]
Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.
Mia.az xəbər verr ki, bu barədə Report-a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.
O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb: “Artıq 10 gündür qardaşımgilin meyitləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.
***
Ukraynanın Xarkov vilayətinin Çirkun kəndində yaşadıqları evə raket düşməsi nəticəsində həlak olan azərbaycanlı ailənin sağ qalan övladları Rusiyaya təxliyə olunub.
Bu barədə hadisə zamanı həlak olan Emin Mahmudovun qardaşı Ramin Mahmudov bildirib ki, uşaqlar hazırda Rusiyanın Oryol şəhərindədir: “Rusiyada yaşayan həmkəndlilərimizin köməyi ilə qardaşımın övladlarını sərhəddən götürmək mümkün olub. Əlaqə saxlamışam, vəziyyətləri yaxşıdır. Onların Azərbaycana gətirilməsi üçün sabahdan işlərə başlayacam. Ola bilsin özüm gedim, çünki uşaqlar bizim soyadımızı daşıyır. Vətənə gələndən sonra mənim himayəmdə qalacaq”
Qeyd edək ki, hadisə martın 5-də baş verib. Azərbaycanlı ailənin yaşadığı evə mərmi düşməsi nəticəsində Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların 3 övladı isə sağ qalıb.
Xatırladaq ki, Emin Mahmudov əslən Lənkəran rayonunun Boladi kəndindəndir.
Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi