Kür çayında suyun axınının tənzimlənməsi ilə bağlı sərəncam verildi
10-03-2022 [17:24]
Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Mia.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə müvafiq Komissiya yaradılıb və su ehtiyatlarından içməli su təchizatı, suvarma və energetika məqsədləri baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində Kür çayı üzərində yerləşən və ölkənin ən iri su anbarı olan Mingəçevir su anbarına əvvəlki illə müqayisədə daxil olan suyun həcminin azalmasına baxmayaraq, anbarda yığılmış suyun həcminin təxminən 1 milyard kubmetr həcmində artırılmasına nail olunsa da, son illərdə dünyada, o cümlədən məhdud şirin su ehtiyatlarına malik Azərbaycan Respublikasında müşahidə edilən iqlim dəyişiklikləri ilə əlaqədar Mingəçevir su anbarında tələb olunan su həcminin toplanması mümkün olmayıb.
Bildirilib ki, azsululuq dövründə Kür çayının aşağı axarında suyun azalması və 50 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin suyunun çayın suyuna qarışması nəticəsində suyun duzlaşma dərəcəsinin artması baş verir ki, bu da həmin ərazidə məskunlaşmış əhalinin fasiləsiz içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi çətinliklər yaradır.
Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə:
- “Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmaqla Kür çayının aşağı axarındakı suqebuledici qurğuların normal istismarı üçün suyun səviyyəsinin tənzimlənməsi və mənsəb hissəsində suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması ilə bağlı təxirə salınmadan müvafiq tədbirlərin görülməsini təmin etsin.
İqtisadiyyat Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Neftçala Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, öz səlahiyyətləri çərçivəsində bu Sərəncamda qeyd olunan işlərin həyata keçirilməsinə zəruri köməklik göstərsinlər.
Komissiyaya tapşırılıb ki, bu Sərəncamda qeyd olunan işlərin həyata keçirilməsini təmin etmək məqsədilə zəruri əlaqələndirmə və maliyyələşmə məsələlərini həll etsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi