Şirvanda səyyar qəbul keçirilib - FOTOLAR
04-03-2022 [18:26]
Martın 3-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 21 nömrəli tam orta məktəbin iclas zalında səyyar qəbul keçirib. Qəbulda millət vəkili İltizam Yusifov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mia.az xəbər verir ki, qəbuldan öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov 21 nömrəli tam orta məktəbdə Vətən müharibəsində Şirvan şəhərindən həlak olmuş şəhidlərin adının verildiyi sinif otaqları və yaradılmış şəraitlə tanış olublar.
Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə aparılan abadlıq quruculuq işlərindən, regionların sosial İqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində görülən işlərdən, respublikanın müdafiə qüdrətinin gücləndirilməsi, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, erməni təxribatına və təcavüzünə qarşı 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən danışıb. Həmin döyüşlərdə Şirvan şəhərindən də 1000-ə yaxın gəncin iştirak etdiyini, onlardan 100 nəfərdən çox gəncin yaralandığını, 21 nəfərin şəhadətə yüksəldiyini qeyd edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də unudulmayacağını vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini diqqətə çatdırıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərindən danışıb. Şirvan şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürüldüyünü, Birinci Qarabağ müharibəsdi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən qurulacağını bildirib. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan abadlıq-yenidənqurma işlərindən, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açaraq, şəhər ərazisində yerləşən küçələrin abadlaşması və işıqlandırılması istiqamətində görülən işlərdən danışıb. Sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Milli Məclisin üzvü İltizam Yusifov da qəbulda qaldırılan bəzi məsələlərə öz münasibətini bildirərək, onların həlli istiqamətində Milli Məclisdə və aidiyyəti mərkəzi icra orqanları qarşısında təkliflərlə çıxış edəcəyini qeyd edib.
Qəbulda iştirak edən vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi