Azərbaycanlı alim ABŞ-da böyük uğurlar qazanır
04-03-2022 [15:17]
ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim Şövqü Bayram oğlu Hüseynov elmi işlərində böyük uğurlara imza atır.
Reyting.az-ın xəbərinə görə, əsasən tibb üzrə tədqiqatlar aparan gənc alim Şövqü Hüseynovun əldə etdiyi elmi nəticələr göstərir ki, gələcəkdə narkotik asılılığının və bəzi neyrodegenerativ xəstəliklərin (şizofreniya, depressiya, alzheymer, parkinson, dağınıq skleroz, autizm və s.) müalicəsi mümkün olacaq.
Ş. Hüseynov bildirib ki, həmmüəllifi olduğu elmi məqaləni “GLIA” jurnalı nəşrə qəbul edib və böyük ehtimalla məqalə bir-iki həftəyə işıq üzü görəcək.
“GLIA” - Ş. Hüseynovun tədqiqat apardığı elm sahəsi (neuroscience - sinir elmləri) üzrə ABŞ-da ilk üçlükdə qərar tutan yüksək impakt faktorlu (yüksək reytinqli) elmi jurnaldır. Məqalənin belə bir nüfuzlu nəşrdə işıq üzü görməsi Azərbaycan üçün qürurvericidir. Çünki hər elm adamı buna nail ola bilmir.
Ş. Hüseynovun sözlərinə görə, məqalədə əksini tapan elmi-təqiqat işi ən müasir üsullarla aparılıb və çox mühüm nəticələr əldə edilib: “Alınan elmi nəticələr gələcəkdə narkotik asılılığının və bəzi neyrodegenerativ xəstəliklərin müalicəsinə yeni yollar açır. Bu tədqiqatda ən mühüm işi demək olar ki, mən həyata keçirmişəm. Tədqiqat zamanı istifadə etdiyimiz ən müasir üsulları ABŞ-da çalışdığım universitetdə bilən yeganə mütəxəssis mənəm”.
Ş. Hüseynov deyib ki, xeyli maraqlı məqamı üzə çıxara biliblər: “Sən demə, insan beynində akkumulyatorlar, batareyalar var imiş. Məhz həmin akkumulyatorlar, batareyalar yaxşı işləməyəndə beyin funksiyaları pozulur”.

Akkumulyator, batareya dedikdə nəyi nəzərdə tutduğunu gənc alim belə izah edib: “Bütün beyin funksiyaları (ali sinir funksiyaları - yaddaş, davranış, düşünmə, qavrama və sair) neyronlarla, yəni sinir hüceyrələri ilə əlaqədardır. Amma o sinir hüceyrələrinin ətrafında atrositlər deyilən hüceyrələr (ulduzvari hüceyrələr) var ki, onlar neyronları və sinapsları (sinirlərarası əlaqə yeri) ana öz balasını qucaqlayan kimi qucaqlayıb qidalandırır, qoruyur, bərpa edir, izolyasiya edir, bir sözlə yaşadır. Ən əsası, onlar üçün akkumulyator və batareya rolunu oynayır. Ehtiyac yarandıqda onlara enerji (ATP) verir. Məhz narkotik istifadəsi zamanı bu “analar” (atrositlər) zədələnir və “ana” öz “balasına” qayğı göstərə bilmədiyi üçün yekunda narkotik asılılığı siniri pozur. Digər sinir xəstəliklərində də bu mexanizm böyük rol oynayır. Biz tədqiqatlarımızda bu mexanizmin dəqiq molekulyar, bioloji və genetik əsaslarını təyin etmişik. Qısası, bizim məqaləmizin həcmi qədər elmi işlə Azərbaycanda 4 nəfər fəlsəfə doktorluğu müdafiə edə bilərdi. İki belə məqalə ilə hətta professor da olmaq mümkündür - həcm baxımından. Məzmun baxımından isə, təəssüf ki, hələlik Azərbaycanda bu səviyyədə elmi tədqiqat aparmaq mümkünsüzdür”.


Ş. Hüseynov hazırda ABŞ-ın Nyu-York Dövlət Universitetində çalışsa da (öz hesabına elmi ezamiyyətdədir), “GLIA” jurnalına təqdim edilmiş məqalənin titul vərəqinə işçisi olduğu AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və çalışdığı laboratoriyanın da adını qeyd edib. O, A. Qarayev adına Fiziologiya İnstitutunun adının belə bir nüfuzlu jurnalda və belə bir məqalədə çəkilməsindən yalnız qürur duya biləcəyini söyləyib.
İstər Avropanın, istərsə də ABŞ-ın müxtəlif ali məktəblərində və elmi laboratoriyalarında uğurlar qazanan, elmi yaradıcılığı gələcəkdə dünya səhiyyəsini daha da inkişafa aparacaq Şövqü Hüseynovun ailə üzvləri arasında çoxsaylı alimlər olub. Onun mərhum dayılarını (dünya şöhrətli akademik Hətəm Quliyev və məşhur həkim, alim Vidadi Quliyev) və əmisini (tibb elmləri doktoru, professor Tarıverdi Hüseynov) elm ictimaiyyəti yaxşı xatırlayır. Atası Bayram Hüseynov isə tanınmış həkim olub. Təbii ki, bütün bunlar Ş. Hüseynovun böyük uğurlara imza atmasında önəmli rol oynayır.
Y. QACAR
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi