Ekspertdən dövlət qurumunun rəhbərinə sərt ittiham: "Qohum-əqrabadan ibarət olan..." - "Yeyirsiz, dağıdırsız, bu camaatın taleyi ilə oynadığınız üçün..." - VİDEO
21-02-2022 [15:33]
“”Azəravtoyol” yollarda ölüm mənbəyi yaradır, qanun qarşısında cavab verməlidirlər”.
Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
“İki gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş qəzada cavan ər-arvad və onların bir yaşlı oğlu öldü. Dəhşətli hadisədir. Hələ də özümə gələ bilmirəm. Həmin gün o ailənin 8 üzvü öldü, 5-i dəm qazından, 3-ü isə qəzada. Düzdür, qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynayıb. Amma bizim qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb tədbir görsünlər. Yəni qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. Hər halda, maşın heç nədən yoldan çıxıb aşmadı. Yolda ciddi qüsur var imiş”- deyən ekspertin sözlərinə görə, belə halda isə vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər: “Qəzadan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal qəza baş verən yerdə təmirə başlayıb.
Vətəndaşlar mənə çoxlu müraciətlər edib bildirmişdi ki, yolda çökmə nəticəsində boşluq (valna) yaranır və sürətli gedən maşın idarəetmədən çıxır. Təmirə başlamaq bunu təsdiq etdi.
Qəza videosu da DYP tərəfindən yayıldı və görüntülər də təsdiq edir ki, maşın sürətli gedir və qəfildən boşluğa düşərək idarəetmədən çıxıb yoldan kənara aşır. Deməli, qəzaya səbəb yoldakı nöqsandır”.
E.Muradlı hesab edir ki, agentlik bunu vaxtında aşkar edib aradan qaldırmalı idi.
“Çünki Yollara Nəzarət İdarəsinin işi elə bu cür halları vaxtında aşkar edib qabaqlayıcı tədbir görməkdir. İşçilərinin xeyli hissəsi qohum-əqrabadan ibarət olan AAYDA rəhbərliyi bu hadisəyə görə məsuliyyət daşıyır. Çünki qəza onların fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində baş verib. Bu səbəbdən də qəzada ölənlərin yaxınları savadlı bir vəkil tutub Agentliyi məhkəməyə verə bilər. Bu işdə həm təzminat davası açılmalıdır, həm də cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Yetər artıq, sizə görə hər il onlarla, bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, iki ildən çoxdur cənab Prezident İlham Əliyev tapşırıq versə də, yolların hələ də işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanı qoymamaq, silinmiş xətlər, zebralar, keçidlərin olmaması ucbatından baş verən qəzaların səbəbkarı birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
Yeyirsiz, dağıdırsız, amma bu camaatın taleyi ilə oynadığınız üçün bir gün cavab verəcəksiniz”, – ekspert bildirib/Avtosfer.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi