Sabiq icra başçısı hakim qarşısına çıxarıldı, məmur və bələdiyyə sədri üzünə durdu: "Özünə imarət tikmisən, burnundan gəlsin!" - Məhkəmə prosesində gərginlik
18-02-2022 [15:09]
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi iclasda cinayət işi üzrə şahid qismində tanınmış şəxslər ifadə verib
İmişli rayonunda Yalavaz-Məhəmmədli-Rəsullu bələdiyyəsinin sədri olmuş Qəhrəman Qəhrəmanov bələdiyyə sədri təyin olunmaq üçün V. Hacıyevə 10 min manat verdiyini deyib: "2014-cü ildən 2018-ci ilə qədər üç kəndin bələdiyyə sədri işləmişəm. Deyə bilərəm ki, qanuni şəkildə seçilməmişəm. Sədrlik üçün bir neçə nəfərin namizədliyi irəli sürülmüşdü, icra başçısı dedi ki, Qəhrəman olsun, çünki çatmışdı... Kredit götürüb 10 min manat vermişdim. Düzdür, qanunda başqa cürdür, amma İmişli icra hakimiyyətində başqa cür. Orda bələdiyyəni icra başçısı təyin edirdi".
Şahid, həmçinin Əfqanıstan müharibəsində iştirakı ilə bağlı ordeni almaq üçün Vilyam Hacıyevin köməkçisi vasitəsilə ondan 500 manat aldığını deyib.
Təqsirləndirilən şəxs şahidin ifadəsinə etiraz edərək müharibə iştirakçıları üçün göndərilən ordenin icra hakimiyyətinə gəlmədiyini bildirib. V.Hacıyev onu da bildirib ki, Qəhrəman Qəhrəmanovun qeyri-qanuni fəaliyyətinə görə, Ədliyyə və Daxili İşlər nazirliklərinə təqdimat verib. Bundan sonra onun barəsində 6 ay həbs qərarı verilib.
Şahid V.Hacıyevin sözlərini qismən təsdiq edərək, məsuliyyətə cəlb olunduğunu etiraf edib. Lakin 6 ay həbsdə qalmadığını, 2 min manat cərimə ödədiyini deyib.
Məhkəmədə V.Hacıyevin vəkili şahidə sual vermək istəsə də, şahid buna imkan verməyib, vəkili “dövlətə xəyanət edən” şəxsi müdafiə etməkdə günahlandırıb.
Hakim Azad Paşayev şahidə xəbərdarlıq edib və vəkilin suallarına cavab verməli olduğunu deyib.
Vəkil Elmar Kərimov vəsatət qaldıraraq Q.Qəhrəmanova verilən ordenin yoxlanılmasını tələb edib. Müdafiəçi Əfqanıstan müharibəsindən uzun illər keçdikdən sonra orden verilməsinin təəccüblü olduğunu bildirib.
Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbənin müdiri Mirzə Quliyev də dindirilib.
Şahid deyib ki, sabiq icra başçısı tərəfindən icra nümayəndələri və müavinlərinin təyinatı üçün müxtəlif məbləğlərdə rüşvət alınıb.
O, həmçinin Mil-Muğan futbol klubu üçün ayrılan 150 min manat pulu da Vilyam Hacıyevə verdiyini deyib: "Dövlət Neft Şirkəti tərəfindən klub üçün ayrılan pul mənim hesabıma köçürülmüşdü. Həmin pulu “Unibank” hesabımdan çıxarıb icra başçısına təhvil verdim. Sonra pulun hara xərcləndiyindən xəbərim olmadı".
V.Hacıyev şahidin ifadəsinin yalan olduğunu deyib: "Dediklərin absurddur. Özün üçün şəhərin mərkəzində imarət tikmisən, burnundan gəlsin!"
V.Hacıyevin vəkili daha bir vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin qanunsuz tapşırıqlarını icra edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət edilməsini tələb edib:
"Bu adamlar hələ də vəzifədədirlər. Bu necə ola bilər? Xahiş edirəm bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılsın və prokurorluğa göndərilsin".
Daha sonra şahid qismində İmişli Rayon Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib.
Şahid bildirib ki, icra hakimiyyətindən Dövlət İdarəçilik Akademiyasında təhsil almaq üçün göndərilən siyahıda onun da adı olub. Lakin ilk imtahandan keçə bilməyib: “Bundan sonra Vilyam Hacıyevin köməkçisinə 2500 manat pul verdim ki, məsələni həll etsin. Bundan sonra universitetin başqa fakültəsinə qəbul olundum”/APA.
Proses fevralın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi