Telefona gizli müdaxilə: yazışma, şəkil və videolarınız necə ələ keçirilə bilər? - VİDEO
16-02-2022 [11:01]
Telefon ən özəl əşyamız, şəxsi həyatımızın güzgüsüdür desək, yanılmarıq. Kimsə sizinlə bağlı hər şeyi bilmək istəyirsə, telefonunuzu ələ keçirməsi yetərlidir.
Telefonunuza daxil olmaq istəyən şəxsə isə nə sizin icazəniz, nə də məxfiliyi qorumaq üçün qoyduğunuz kodlar lazımdır. Müxtəlif tətbiqlər vasitəsi ilə də bütün yazışmalarınız, şəkil və videolarınız başqasının əlinə keçə bilər.
Texno-bloger Fərid Pərdəşünas APA TV-yə deyir ki, smartfonun izlənilməsi əsasən cihaza yüklənən müxtəlif tətbiqlər vasitəsilə həyata keçirilir: “Bəzən play storedə də belə zərərli tətbiqlər ola bilər. Bu tətbiqlər smartfonda müəyyən icazələr istəyir. Məsələn zənglərə giriş, zənglərin tarixçəsi, galereyaya giriş və yaxud smartfonun yerinin izlənilməsi ilə bağlı icazə. Bu cür icazə istəməklə məlumatları oxumağa başlayır. Elə casus proqramlar olur ki, ancaq şəkilləri götürür, eləsi olur ki, videolar, eləsi olur yazışmaları götürür. Yazışmalar ekran klonlama vasitəsi ilə götürülür. Bunu istifadəçi istifadə hiss edə bilmir”.
Casus proqramlarından ən məşhuru və Azərbaycanda da qalmaqala səbəb olan İsrail şirkətinin hazırladığı “Pegasus” proqramıdır. Ölkəmizdə geniş istifadə edilməsi əngəllənən bu proqram iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajları, fotoşəkilləri, e-poçtları çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
Mütəxəssis deyir ki, pegasus proqramı vasitəsilə izlənilirsinizsə çox təəssüf olsun ki, bunu hiss edə bilməyəcəksiniz: “Çünki proqram təminatı o qədər güclü hazırlanıb ki, bundan da can qurtarmaq mümkün deyil. Sadəcə smartfonu sıfırlamaqla ya da smartfonun istifadəsindən imtina etməklə bundan can qurtarmaq olurdu. Həmin ərəfədə bu votsapdan gələn bir zəng ilə yayılırdı. Siz zəngə cavab verməsəz də bu tətbiq sizin smartfona düşürdü. Həmin mövzu hazırda aktual deyil”.
Bəs şəxsi həyatımızın bütün çılpaqlığı ilə ortaya qoyulmasını, izlənildiyimizi haradan bilə-bilərik? Fərid Pərdəşünasın sözlərinə görə, bunu araşdırmaq üçün smartfonun sazlamalar bölməsində tətbiqlərin icazələr bölməsi olur: “Bu icazələr bölməsində hər bir tətbiqin nəyə girişinin, nəyə çıxışının olduğunu əminliklə görə bilərsiniz. Sazlamalar bölməsində görürük ki, şəkil redaktə proqramı zəng tarixçəsi, icazəsi istəyirsə, eləcə də, hər hansısa başqa bir tətbiqin tamamilə fərqli bir icazə istəməsi, məsələn səs redaktəsi tətbiqinin məkan icazəsi istəməsi əslində absurddur, istəməməlidir. Əgər bunu edirsə mütləq o tətbiqdən şübhələnmək lazımdır”.
Bəs şəxsi həyatımıza icazəmiz olmadan müdaxilə edən insanların cəzası nədir? Vəkil Emil Aslanov deyir ki, hər hansı bir şəxsin və ya onun ailə sirrinin yayılması, ona aid hər hansı bir şəklin, videonun gizli olaraq yığılması, əldə edilməsi və digər şəxslərə yayılması artıq cinayət məcəlləsinə səbəb olur: “Həmin şəxslər 1000 manatdan 2000 min manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və 1 ilə qədər islah işləri cəzasına mərhum edilə bilərlər. Bu hallar vəzifəli şəxslər tərəfindən törədildikdə 3 il müddətinə həmin vəzifə hüququndan məhrum edilməklə 2 il müddətinə qədər həbs edilə bilər”.
Mütəxəssis deyir ki, bu cür casus proqramlarından telefonumuzu qorumaq üçün kənardan deyil, ancaq “play store” və “app store”dən daxili tətbiqlər yükləməliyik.
Biz telefonumuzun fonunda özümüzü qorumaq üçün mütəxəssisin məsləhətlərini dinləyəcəyik təbii ki. Amma başqasının özəl həyatına gizlicə pəncərə açıb baxanlara da arzumuz var: Başları öz işlərinə elə qarışsın ki, başqasının həyatına müdaxilə etməyə vaxtları qalmasın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi