Vitse-spikerlə deputat arasında qalmaqal, xanım deputat əsəbləşdi: "Bu, sizə yaraşmaz, heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız"
15-02-2022 [13:41]
“Şeyxin Azərbaycan tarixindəki rolu məgər bu iki maddəyə bağlıdır?”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.
F. İbrahimli bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib: “Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?! Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib! Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun məqsədi hansısa fərd, qurum deyil, məqsəd Azərbaycanın Konstitusiyasına, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən, qanunun müasir tələblərə uyğunlaşdırılmasıdır”.
Vitse-spiker cahil mollaların Azərbaycan cəmiyyətinə vurduğu ziyana da toxunub: “Yer üzündə elə ölkə var ki, orada cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin?! Cahillik cəmiyyətin məhsuludur. Biz özümüz ona yol açırıq. Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə bütün ömrünü bu cahilliyə qarşı mübarizəyə həsr etdi"/APA.
Onu da qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.
Deputat M.İbarhimıqızı çıxışında deyib ki, o, bütövlükdə molları qara geyimdə görmək istəməyib.
Deputat bildirib ki, bütün sahələrdə belə hallar var: “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişm. Ulu öndər mənə 5 dəfə etimad edib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.
Fəzail İbrahimli isə qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir: “Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.
Mia.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev isə “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərlə bağlı deyib ki, bu, dəyişiklik Konstitusiyaya ziddir: ”Konstitusiyanın 58-ci maddəsində vətəndaşların birləşmək hüququ var: “Eynilə ictimai birlik anlayışı da qanunda var. Dəyişiklik etdiyimiz qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət dini qurumların fəaliyyətinə qarışmır. Amma 8-ci maddəsinə biz dəyişiklik edirik. Bu, necə ictimai təşkilatdır ki, onun rəhbərini dövlət təyin edəcək? Bu cür açıqdan-açığa Konstitusiyaya zidd dəyişiklik etməklə, Konstitusiyaya zidd münasibəti ifadə etmiş oluruq. Bizim Konstitusiya və qanunlara olan münasibətimiz ölkəyə investisiya qoyuluşudur. İkincisi, doğrudan o ziyarətgahlarda o qədər pul yığılır ki, buna görə Konstitusiyanı pozmalı olaq? Deyirlər ki, din adamları özünü yaxşı aparmır, orada pozuntular olub. O qədər QHT rəhbərləri var ki, özünü yaxşı aparmır, dövlətin əleyhinə fəaliyyətlə məşğul olur. Onda nə edək?! Biz təklif edilən dəyişikliklərdə şəffaflığın təmin edilməsi üçün hansısa normanın qanuna daxil edildiyini görmürük, qanunda əl dəyişməsini görürük. Bu tipli qanunlara dəyişiklik etməyə, ölkədə din-dövlət münasibətlərinə xələl gətirməyə ehtiyac yoxdur. Parlamentin müvafiq komitəsi dini savadlanma sahəsində iş görməlidir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi