Metro ticarətçiləri Bakı meriyasında (Yenilənib, FOTO)

img

14-03-2014 [12:37]


Narazı metro ticarətçiləri artıq Bakı Şəhər İcra Hakimiyyətindədirlər. Onları binaya buraxsalar da, görüşdə jurnalistlərin iştirakına imkan verilməyib.

***

11.03


"Elmlər Akademiyası" metrstansiyasının ətrafı polislər tərəfindən əhatəyə alınıb. Bu barədə musavat.com-un sözügedən məkanda olan əməkdaşı xəbər verib.

Reportyorumuzun verdiyi xəbərə görə, polislərin buraya səfərbər olunmasının səbəbi obyektləri bağlanan metro ticarətçilərinin Meropoliten İdarəsinin binası qarşısında planlaşdırdıqları aksiya ilə bağlıdır.

Dünəndən bəri etiraza qalxan ticarətçilərin bu və ya digər məkanlarda aksiya keçirəcəkləri barədə söz-söhbətlər dolaşır və polis qüvvələri ehtimal olunan aksiya məkanlarının hamısını nəzarətdə saxlayır.

Reportyorumuz bildirir ki, aksiyada saxlanası şəxsləri polis bölmələrinə daşımaq üçün avtobuslar da gətirilib. Ancaq hələ ki, aksiya iştirakçıları görünmür.

Müxbirimizin verdyi xəbərə görə, etiraz edən ticarətçilər Prezident Administrasiyasına gediblər və hazırda onlarınümayəndələrisəlahiyyətli şəxslərdən biri ilə görüşdədirlər.

Musavat.com
Fotolar: Məhəmməd Türkmən









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA