“Azərsu” ASC-nin daha bir əməkdaşı döyülüb - Bu dəfə İmişlidə
14-02-2022 [15:40]
"“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər ödənişdən yayınmağa cəhd edir. Təəssüf doğuran odur ki, ödənişdən yayınan həmin abonentlər xidməti vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar. Abonentin kobud rəftarı və fiziki təzyiqlərinə bu dəfə “Azərsu” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin “İmişli Sukanal” Sahəsinin əməkdaşı məruz qalıb".
Mia.az xəbər verir ki, bu barədə "Azərsu" məlumat yayıb.
Bildirilib ki, İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında Taleh Zeynalov adlı abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib:
"“Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “İmişli Sukanal” Sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin abonent “İmişli Sukanal” Sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu ilə aqressiv davranaraq onu ağır şəkildə təhqir edib, fiziki təzyiq göstərib.
Baş vermiş hadisə “İmişli Sukanal” Sahəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə müraciət olunub.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Abonentlərin diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi