Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib
14-02-2022 [14:04]
"Azərbaycan İnsan Resursları Assosiasiyası" (AİRA) İctimai Birliyinin növbəti hesabat-seçki iclası keçirilib.
Mia.az xəbər verir ki, tədbir koronavirus (COVID-19) pandemiyası şəraitinə uyğun olaraq İdarə Heyəti (İH) üzvlərinin iştirakı ilə təşkil olunub.
Təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edənlər Azərbaycanda insan resursları sahəsində tətbiq edilən yeniliklər, Assosiasiyasının bu sahədəki rolunundan bəhs ediblər. Bildirilib ki, AİRA fəaliyyətə başladığı gündən indiyə qədər 50-yə yaxın layihə gerçəkləşdirib, həmin layihələrdə dövlət və özəl sektorun əməkdaşları iştirak ediblər. Eləcə də ölkə xaricində fəaliyyət göstərən MERCER, MENTAL, PERYÖN kimi tanınmış insan resursları təşkilatları ilə əməkdaşlıq çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə üç böyük konfrans və masterklas baş tutub.
Həmçinin, pandemiya dövründə AİRA-nın fəaliyyəti dayanmayıb, onlayn formatda görüş və layihələr icra edilib. Bu dövrdə HR Debat, HR Digital, HR trendlər, HR ensiklopediya, gənclərlə iş, könüllülük, insan resurslarının idarəedilməsi haqqında maarifləndirmə, xeyriyyə aksiyaları, əmək münasibətlərində mediasiyanın rolu, sosial çağırışlar, qadınların rolu adı altında bir çox tədbirlər və təlimlər uğurla reallaşdırılıb.
Bundan əlavə, 2021-ci ilin Azərbaycanda “Nizami ili” elan edilməsi ilə bağlı AİRA Nizami yaradıcılığından sitatlarla rəqəmsal media platformalarından vizual yayımlar verib, Nizaminin insan barədə fikirlərinə həsr edilmiş görüşlər keçirib.
Sonra iclasın gündəliyinə uyğun olaraq AİRA-nın İH-nə yeni sədr seçilməsi məsələsinə baxılıb. Yekdil qərarıa Mahir Qarayev yeni sədr seçilib. O, yüksək etimada görə təşkilat üzvlərinə təşəkkürünü bildirib, insan resurslarının əhəmiyyətindən danışaraq təşkilatın gələcək hədəfləri istiqamətində səylə çalışacağını deyib.
M.Qarayev beynəlxalq CIPD sertifikatına və insan resursları sahəsi üzrə 10 ildən çox təcrübəyə malikdir, Dövlət Neft Şirkətində (SOCAR) və bir sıra özəl şirkətlərdə çalışıb, Azərbaycan Dövlət İqtisad Universitetində insan resurslarının idarəedilməsi üzrə pedeqoji fəaliyyətlə məşguldur.
AİRA iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məramı ilə İnsan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və Ədliyyə Nazirliyinin 1118-Q64-3669 nömrəli 28 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi