13-03-2014 [22:45]
Ukraynanın devrilmiş prezidenti, özünü hələ də qanuni dövlət başçısı adlandıran Viktor Yanukoviçin Rusiyaya qaçması və sığınacaq alması ilə bağlı yeni sensasion faktlar məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, bu gün "Sobesednik” qəzeti Yanukoviçin Rusiyaya nə vaxt keçdiyini və harada qaldığını yazıb.

Qəzetin əldə etdiyi informasiyalara görə, Yanukoviç Moskvaya fevralın 25-nə keçən gecə təyyarə ilə gəlib. Təyyarənin Ukrayna, yoxsa Rusiya ərazisindən havaya qalxdığı məlum deyil.
Əvvəlcə qalmağa yeri olmayan Yanukoviç prezident Vladimir Putinin tələbəlik dostu olmuş azərbaycanlı milyarder İlham Rəhimova və onun yəhudi ortaqları Zarah İliyevlə Qod Nisanova məxsus "Ukrayna” otelində ("Radisson Royal”) qalıb.

Fevralın 25-nə keçən gecəni oteldə qalan Yanukoviç daha sonra Rusiya prezidentinin İşlər İdarəsinin balansında olan "Barvixa” sanatoriyasına yola düşüb. Orada bir sutkadan artıq qalmayıb və həmin müddədə Moskva ətrafında özünə yeni iqamətgah seçməklə məşğul olub.
Qəzet yazır ki, Yanukoviçə uzağa getmək lazım gəlməyib. O, "Mayndroff qəsri” kimi də tanınan, prezident Putinin xarici qonaqları qəbul etdiyi "Barvixa” iqamətgahından cəmi bir kilometr məsafədə özünə yeni iqamətgah tapıb.

Viktor Yanukoviç iqamətgahın alınmasını sürətlə rəsmiləşdirib və artıq fevralın 26-da o, rəsmi olaraq Moskva ətrasında yeni mülkün sahibi olub.
Virtualaz.orgsaytı bildirir ki, bu informasiyanı ilk dəfə fevralın 27-də "Yaşıllar alyansı-Xalq partiyası”nın mərkəzi Şurasının sədri Oleq Mitvol Twitter bloqunda yazıb.

"Yanukoviç indi Moskvaətrafı sakinidir... Və hava da Kiyev havasıdır. Ukraynalı qaçqın qardaşlarımızı dünən Barvixa qəsəbəsində 52 milyon dollara ev almaları münasibətilə təbrik edə bilərik. Rublyovkaya eşq olsun!” - deyə O.Mitvol yazıb.
O.Mitvol yazıb ki, Barvixa qəsəbəsi əvvəlcə eyniadlı sanatoriyanın ərazisinə daxil olub, hazırda isə xüsusi mülkiyyətdə olan ərazidir. Ərazi vaxtilə qanunsuz şəkildə özəlləşdirilib və oliqarxlar orada mülklər tikdirib.
"Sobesednik”ə məlumat verən mənbə deyib ki, Yanukoviç Rostovda birinci mətbuat konfransı keçirəndən iki gün əvvəl Moskva ətrafında mülk sahibi olmuşdu.

"O, axşamlar yeni evinin ərazisində cığırlarla gəzir və özünü evdəki kimi hiss edir. Onun rəfiqəsini isə Rublyovsk-Uspensk şossesində yerləşən "Dream House” ticarət mərkəzində görmək olar. O, hər gün ora ərzaq dalınca gedir” - deyə mənbə bildirib.
Məlumatlara görə, Yanukoviçin məşuqəsinin adı Lyubov Polejaydır. O, Yanukoviçin şəxsi aşpazı Nadejda Marintsevanın bacısıdır. Əvvəlcə Lyubov Yanukoviçin yanında sadə ofisiant işləyib, lakin son bir neçə ildə onunla birlikdə Kiyev ətrafındakı "Mejiqorye” iqamətgahında yaşayıb.

Oleq Mitvol deyir ki, "Mejiqorye” iqamətgahı Yanukoviçin, daha doğrusu, onun adından çıxış edən Ukrayna vətəndaşlarının Moskva ətrafında aldığı yeni evlə müqayisədə zövqsüzlük nümunəsidir.
"İndi onun doğrudan da yaxşı evi var, ingilis üslubunda tikilmiş üçmərtəbəli evdir. Əvvəlki sahibi il yarım idi ki, onu sata bilmirdi, hətta 35 milyona verməyə hazır idi. Lakin gözlənilmədən istədiyi qiyməti - 52 milyon dolları verməyə hazır olan müştəri tapıldı” - deyə Mitvol bildirib.
O, evin əvvəlki sahibinin adını açıqlamayıb, lakin məlum olub ki, söhbət erməni əsilli rusiyalı biznesmendən gedir.
Yanukoviçin evinin yerləşdiyi "Mayndroff bağları” adlanan kottec qəsəbəsinin sakinləri leqal, yaxud qeyri-leqal milyarderlərdir. Orada evlərin qiyməti 100 milyon dollara qədər qalxır. Milyarder Roman Abramoviçin qayınatası Aleksandr Jukov, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan, "Rosneft”in keçmiş prezidenti Sergey Boqdançikov da bu qəsəbədə yaşayır.
Elit yaşayış kompleksinin ərazisində cəmi 50-yə yaxın mülk var. Ərazi güclü mühafizə altındadır. Qəzet yazır ki, Rusiyadakı nüfuzlu azərbaycanlıların da biri həmin qəsəbədə mülk sahibidir və həmin mülk Yanukoviçin yeni evi ilə qonşudur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi