Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-02-2022 [00:03]
Qoç - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.
İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.
Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq.
Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.
Buğa - uğurlu, pozitiv bir gündür. Üzləşdiyiniz problemlərin öhdəsindən gələ bilərsiniz. Həyata nikbin baxın. Ətrafınızda olan və bədbinləşən insanlara yardım edin. Məntiqli davransanız, yeni həmfikirlər, müttəfiqlər, tərəfdaşlar tapa bilərsiniz.
Günün ikinci yarısında yeni gəlir mənbələri ola bilər.
Baş verənlərə soyuqqanlı münasibət bəsləyin, maraqlarınızın tapdanmasına imkan verməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz. Münasibətlərinizə eqoizm mənfi təsir etməməlidir.
Əkizlər - bir sıra işləri kənardan yardım almadan həll etmək olar. Kiçik problemlərin çözümü, rutin məqamların həlli üçün əlverişli zamandır. İtkilərə yol verməyin. Mənasız risklərə, avantüralara aldanmayın.
Günün ikinci yarısında maliyyə məsələlərinin həllini başqalarına həvalə etməyin. Nikbin olun. Pis əhval sağlamlığınızda problemlər yarada bilər.
Yaxınlarınızla münasibətlərdə incikliyə yol verməyin. Onların nə istədiklərini anlayandan sonra hansısa qərar verin. İllüziyalara qapılmayın. Düşünmədən addım atmayın.
Xərçəng - öz uğurlarınıza sevinməklə yanaşı, yaxın ətrafınızdakı insanların qələbələrini də xoşniyyətlə qarşılamağınız gərəkdir. Səxavətli, səmimi, qayğıkeş olmaq çətin olsa da, cəhd göstərin.
Yeni işlər üçün münasib zaman deyil.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun.
Yaxınlarınızla münasibətləriniz birmənalı deyil. Kiminsə davranışından qıcıqlanaraq aqressivləşməyin. Ailə üzvlərinin istəklərinin və tələblərinin əsirinə çevrilməyin.
Bütün hallarda səbrli, təmkinli olmağa çalışın. Yenicə başlayan mübahisələri dinc yolla çözün.
Sizə dəyər verən insanların qədrini bilin.
Şir - ən adi, rutin məsələlərin həllində ekstravaqant çözüm yollarından yararlansanız, problemlərin öhdəsindən gələcəksiniz. Maliyyə məsələləri, sərmayə layihələri üçün əlverişli zamandır. Əlavə gəlir istisna deyil.
İdeyalarınızı praktikada yoxlayın.
Günün ikinci yarısında real gəlir əldə edə bilərsiniz.
Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə yollanın.
Əsəblərinizi cilovlayın.
Qız - yaşamınızda müsbət dəyişikliklər olacaq. Fəqət köklü yeniliklər gözləməyin. Həyata bir qədər nikbin baxın. Problemlər müvəqqətidir. Çətinliklərin həllinə yaradıcı yanaşın. Adi işlərdə sayıq və sərvaxt olun.
Çoxdan bəri davam edən və həllini gözləyən layihələri başa vurun.
Günün ikinci yarısında şəxsi həyatınızda durum sakitdir. Axşam saatlarında romantik görüşlər pis keçməyəcək. Dostlarınızı unutmayın.
Normal istirahət etməyə çalışın.
Tərəzi - yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır.
Günün ikinci yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - özünüzü həddən artıq tənqid etməyiniz mənasızdır. Başladığınız işləri uğurla başa vura bilərsiniz. İşdə yaxşı, peşəkar fəaliyyətlə məşğul olun. Uğurlarınıza sevinməkdən çəkinməyin. Rəqibləri mütləq şəkildə üstələyin. İctimai fəaliyyət diqqətinizi cəlb edə bilər.
Günün ikinci yarısı müzakirələr, görüşlər, danışıqlar üçün yaxşı zamandır. Yaxın qohumlarınızla ünsiyyətləri fəallaşdırın. Süstlük etməyin, planları ertələməyin.
Axşam saatlarında normal istirahət etmək gərəkdir.
Oxatan - tələsiklik, düşünülməmiş deyilən sözlərin fəsadı ağır ola bilər. Dediklərinizə fikir verin. Hisslərin əsiri olmayın, emosiyalara əsla qapılmayın. Özünüzə dəyər verin ki, ətrafınızdakılar da sizə sayğı bəsləsinlər.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Kredit və ya borc götürmək olar. Səhhətinizə fikir verin. Ağrılar yaranarsa, dərman preparatları almağı unutmayın. Zərərli vərdişlərinizdən birini unudun.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - ötən günlər çox ağır və çətin olsa da, günün ilk yarısından etibarən aktiv çalışın. Təşəbbüskar olun, rəqiblərdən geri qalmamağa can atın. İşlərinizin gedişatına bir qədər kənardan baxmaqda fayda var. Situasiyanı real qiymətləndirin.
Günün ikinci yarısında imici dəyişmək, davranışda yeniliklər etmək olar. Yaxın ətrafınızdakı insanlar sizi diqqətlə müşahidə edəcəklər. Diqqətli, qayğıkeş olun.
Səbirsizlik etməyin.
Dolça - yaxın ətrafınızdakı insanlardan birinin davranışı sizə problemlər yaradacaq. Başqasının əməllərinə görə bəraət qazanmağa çalışmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Enerjiniz çoxdur. Onu dürüst istiqamətə sərf edin.
Günün ikinci yarısında yaşam arealınızı rekonstruksiya etməyə başlayın. Ailə və məişət qayğılarını qulaqardına vurmayın. Axşam saatlarında əyləncəyə, xoş istirahətə yollandı.
Balıqlar - görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır.
Həvəssiz işləməyin.
Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin.
Evdə təmir işlərinə başlamaq olar.
Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi