"Ramiz Mehdiyev rəhbər statusunda elmi və mənəvi haqqını itirib" - Direktor AMEA rəhbərini yenə "topa tutdu"
03-02-2022 [11:05]
“İsmailiyyə” tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin əlində cəmləşdirilib və qapalı bir hala gətirilib”.
Mia.az xəbər evrir ki, bu sözləri Report-a AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.
O bildirib ki, Azərbaycanın elmi idarə sistemində unikal bir vəziyyət yaranıb:
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezdenti Ramiz Mehdiyev rəhbər statusunda elmi və mənəvi haqqını itirib, buna görə, elmi-ictimai fikir onun istefasını gündəmə gətirib. Bu prosesin geri dönüşü yoxdur. Artıq əsas diqqət Akademiya sistemində köklü dəyişikliklər və islahatlara yönəlməkdədir. Bu barədə müasir tələblərə cavab verən bir neçə variant təklif etmək olar, lakin bütün hallarda bir məsələ aydındır: Akademiyanın problemlərindən demək olar ki, təcrid olunub, İstiqlaliyyət küçəsindəki tarixi binada yerləşən Rəyasət Heyəti adlı bürokratik quruma yeni sistemdə yer olmayacaqdır. Optimallaşdırılmış yeni rəhbər idarəedici korpusun müvafiq hüquqi prosedurlar daxilində bu binanı tərk edərək, Akademiya əməkdaşlarının böyük bir hissəsinin çalışdığı Cavid prospektindəki Akademiya şəhərcəyinə köçürülməsi məqsədəuyğun olardı”.
Professor qeyd edib ki, Akademiyanın idarə edilməsinin təkmilləşdirilməsi ilə eyni zamanda, daha bir tarixi ədalət bərpa edilməlidir: “İsmailiyyə”nin tarixi adı özünə qaytarılmalı və ictimai istifadə üçün açılmalıdır. Bu binada Azərbaycan incəsənətinə və mədəniyyətinə aid gözəl bir muzey, yaxud yeni çağırışlara cavab verən müasir bir mərkəz yaratmaq, onu xalqın və Azərbaycana gələn turistlərin baş çəkməsi zəruri olan obyektlər sırasına daxil etmək olar. "İsmailiyyə" Azərbaycan sahibkarlığının, ictimai-siyasi tarixinin və memarlığının möhtəşəm abidlələrindən biridir. Bu binanı neft sahibkarı Musa Nağıyev (1842-1919) Müsəlman Xeyriyyə Cəmiyyəti üçün tikdirmiş, həyatdan vaxtsız getmiş oğlu Ağa İsmayılın (1875-1902) şərəfinə "İsmailiyyə" adlandırmışdır. Binanın 21 dekabr 1908-ci ildəki təməlqoyma mərasimində şəhər sakinləri ilə birgə, Azərbaycanın H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov, İ. Hacınski və digər məşhur sahibkarları da iştirak etmişdir. Layihəsi Bakıda bir sıra görkəmli memarlıq tikililərinin müəllifi olan polyak İosif Ploşkoya məxsus olan bu binanın tikintisi 1913-cü ilin əvvəllərində başa çatdırılmışdır. Bu zaman dünya və Azərbaycan siyasi və iqtisadi sarsıntıların astanasında idi. Az sonra Birinci Dünya müharibəsi, Rusiya imperiyasının dağılması və post-imperiya dövrünün təlatümləri başlamışdır”.
Direktor vurğulayıb ki, "İsmailiyyə" binası Azərbaycan tarixinin gərgin səhifələrinin nəinki şahidi, həm də iştirakçısı olub: “Azərbaycanın milli-azadlıq hərəkatında mühüm yer tutan Qafqaz müsəlmanlarının birinci qurultayı (1917, 15-20 aprel) bu binada keçirilmişdi. Ölkənin bir sıra ictimai və siyasi təşkilatları bu binada yerləşmişdir. Təsadüfi deyil ki, "İsmailiyyə" 1918-ci ilin mart soyqırımı dövründə erməni-daşnak qüvvələrinin məqsədyönlü hücumuna məruz qalmış, talanmış və yandırılmışdı. Bu dağıntılar sovet hakimiyyətinin qurulmasınadək davam etmişdir.
Sovet hakimiyyəti zamanı bu binanı sökmək qərara alınmış, lakin yerli sakinlərin etirazından sonra, bu baş tutmadığından bərpa edilmişdir. Bərpadan (1922-1923) sonra "İsmailiyyə" Türk Mədəniyyət Sarayı adlandırılmışdır. 1923-cü ildən Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (1923-1929) burada yerləşmişdir. Birinci türkoloji qurultay (1926-cı ilin fevral-mart) bu binanın iclas zalında keçirilmişdir.
Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin bazasında yaradılan elmi kollektivlər də fəaliyyətini burada davam etdirmişdir. "İsmailiyyə" tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə AMEA-nın Rəyasət Heyətinin əlində cəmləşdirilmiş və qapalı bir hala gətirilmişdir. Azərbaycan xalqı və şəhərin qonaqları bu memarlıq incisinin yalnız fasadını müşayiət etməklə kifayətlənməli olmuşdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi