Abel Məhərrəmovun səlahiyyətlərinin mədudlaşdırılması xəbəri yayıldı – Dəyişiklik gözlənilir

img

12-03-2014 [10:25]




Tez-tez tələbə aksiyaları ilə gündəmə gələn Bakı Dövlət Universitetində rektor dəyişikliyi gözlənilir. 

Bu barədə Mia.az-a daxil olan məlumatda bildirilir ki, rektor Abel Məhərrəmov hər an vəzifədən azad oluna bilər: "O, İqtisad Universitetinin rektoru, deputat həmkarı Şəmsəddin Hacıyevin vəzifədən azad olunduğu ərəfədə son xəbərdarlığını alıb. Həmim ərəfədə ona əgər yaxın bir ay ərzində universitetdə tələbə narazılığını həll edə bilməzsə, rektorluğuna son veriləcəyi xəbərdarlığı edilib”.

 Məlumata görə, A.Məhərrəmova sənəd və əmrlər imzalamaq da qadağan edilib: "Abel Məhərrəmova artıq ciddi sənəd və əmrlər imzalamaq yasaqlanıb. Son bir həftədə universitetdə yalnız bir əmr olub. O da Mikayil Cabbarovun əmri ilə bağlı kafedralara təlimat göndərilib. Universitetdəki dünənki aksiya xəbəri isə Abel Məhərrəmova verilmiş 1 aylıq müddətin daha qısalmasına səbəb ola bilər. Məncə, işdə dönüş yaratmaq üçün verilən bu 1 aylıq möhlət onun akademik olmasına görə nəzərdə tutulub. Amma dünənki hadisə səbrləri daşırıb, onun barəsindəki azadolunma qərarını tezləşdirə bilər”.

 Məsəl ilə bağlı universitetdən münasibət öyrənmək mümkün olmayıb. A.Məhərrəmovun ən yaxın adamı hesab olunan prorektor Nəbi Ramazanlı isə mobil zənglərə cavab verməyib. Sonuncu zəng zamanı isə onun da telefonu qapalı olub.  

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

***

Bakı Dövlət Univesitetinin rektoru Abel Məhərrəmovun işdən çıxarılacağı ilə bağlı yayılan xəbərlərə universitetin  mətbuat xidmətindən münasibət bildirilib.

Mia.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mətbuat Xidməti rektor A. Məhərrəmovun işdən çıxarılacağı ilə bağlı xəbəri təkzib etməyə çalışıb: 

"Abel Məhərrəmova işdən çıxarılacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bu məlumatlar həqiqəti əks etdirmir. Ona sənəd və əmr imzalaması barədə qadağa qoyulması xəbərləri yalandır. Abel Məhərrrəmovun fəaliyyətinə heç bir qadağa qoymayıblar”.

Yəqin ki, zaman hansı xəbərin doğu olacağını göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA