Biləsuvarda əməliyyat: bu şəxslər tutuldu - FOTO
31-01-2022 [11:06]
Biləsuvarda 8 kiloqramdan çox narkotik vasitə və silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb. 8 kiloqramdan artıq yüksək təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon sakinindən “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini Sahil Tapdıqov tanışı, Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə və Bakı şəhər sakini Nicat Eminovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gəiriliblər. Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər saxlanılıb və hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Mirxanlar Qasımzadə saxlanılıb. Onun yaşadığı evin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı oradan “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid daraq və 12 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR