Metro ticarətçiləri aksiyası keçirir (VİDEO, FOTO)

img

11-03-2014 [13:00]


Metronun "Elmlər Akademiyası" stansiyasının keçidlərində olan mağazaların fəaliyyətinin dayandırılmasına satıcılar etiraz edir.

7/24news-un hadisə yerində olan müxbirinin məlumatına görə, satıcılar bildiriblər ki, səhər saatlarında onlara mağazaları açmamaq, satışı dayandırmaq tapşırılıb.

Musavat.com-un reportyoru Fərahim İlqaroğlunun hadisə yerindən verdiyi xəbərə görə, satıcılardan bir neçəsinin Metropoliten rəsmilərilə görüşdüyü vaxt polislər beş-altı fəallıq edən satıcını saxlayaraq polis bölməsinə aparıblar.

Xeberdar.az-ın məlumatına görə, hazırda metronun "Elmlər Akademiyası" stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.

"Gənclik" metrosundan "Koroğlu"ya qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.

Musavat.com-un reportyoru bildirir ki, satıcılar hazırda işlədikləri yerə almaq üçün Metropolitenin əvvəlki rəisi Tağı Əhmədova 1500 manat pul verdiklərini deyib, heç olmasa həmin pulun onlara qaytarılmasını tələb ediblər.















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA