Şamaxı Rəsədxanasında xidməti mənzillər kənar şəxslər tərəfindən tutulub
28-01-2022 [16:06]
“İndiyə qədər Şamaxı Astrofizika Rəsədxanasının həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsinin (institunun) bu vaxta qədər normal təşkil olunmamasıdır. Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilib və hazırda da mövcuddur”.
Bunu AMEA Şanaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov “Şamaxı Astrofizika Rəsədxanası: Müasir vəziyyəti və problemləri haqqında” müraciətində bildirib.
O qeyd edib ki, bu bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər təşkilati problemlərlə üzləşib: “Hazırda Bakıda şəhər bölməsi kimi iş yerimiz AMEA-nın əsas binasında (H.Cavid prospekti), qüllələrdən birində - Coğrafiya İnstituna məxsus olan, 10-11-ci mərtəbələrdə yerləşən, texniki məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda uyğunlaşdırılıb. Həmin otaqlarda su və sanitar qovşağın olmaması, qış aylarında çox soyuq, yayda isə çox isti olması, hər otaqda 10-dan çox əməkdaşın yerləşməsi nəticəsində elmi, elmi-təşkilati, təhsil və digər fəaliyyət üçün şərait yoxdur. Bununla bağlı ayrı-ayrı vaxtlarda AMEA rəhbərliyinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb. Son vaxtlar problemin həll edilməsi üçün AMEA Prezidenti akademik Ramiz Mehdiyevə də tərəfimizdən müraciət edilib. Ramiz müəllim bu məsələnin nə qədər vacib olduğunu düzgün dəyərləndirərək onun həlli istiqamətində xüsusi göstəriş verib. Çox ümid edirik ki, onun göstərişi ilə bu məsələ nəhayət ki, yaxın vaxtlarda öz həllini tapacaq”.
İcraşı direktor vurğulayıb ki, coğrafi baxımdan Rəsədxana ərazisinin sərt iqlim şəraitində yerləşməsi (dəniz səviyyəsindən 1500 m hündürlükdə ilin 6-7 ayında havanın qarlı, şaxtalı, yağışlı, küləkli və dumanlı keçməsi) yaradılmış infrastrukturun istismarını, qorunub saxlanmasını, inkişafını çətinləşdirir və Rəsədxana üçün ciddi maliyyə problemləri yaradır: “Belə ki, illər ötdükcə tikililərdə və Rəsədxanaya xidmət göstərən texniki avadanlıqlarda baş verən nasazlıqların vaxtaşırı aradan qaldırılması zərurəti yaranır. Cari təmir işlərini, nəqliyyatın, avadanlıqların təmirini və yenilənməsini, təsərrüfat sektorunu normal vəziyyətdə saxlaması üçün maliyyə dəstəyinə daim ehtiyac yaranır. Astroturizmin təşkili və bundan əldə olunan vəsaitin bu problemlərin həllinə yönəldilməsi vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir. Lakin son illərdə bir sıra vacib sosial yönümlü problemlər tərəfimizdən həll olunsa da, yarımçıq qalmış və tamamilə həll edilməmiş məsələlər də var. Bunlardan məhdud sayda olan xidməti mənzillərin rəsədxanaya aidiyyəti olmayan şəxslər tərəfindən tutulması, Rəsədxananın içməli su ilə təminatı, kanalizasiya üçün təmizləyici qurğunun tikilməsi, yolların asfalt örtüyünün və səkilərin dağılması, istilik-kommunikasiya xətlərinin tam erroziyaya uğraması, ərazinin mühafizəsi ilə bağlı bir-sıra problemlər, kottec və yaşayış binalarının cari təmiri və s. kimi işlər göstərilə bilər”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi