“Bahar enerji” əməliyyat şirkətindən oğurluq edənlər tutulub - VİDEO
27-01-2022 [15:06]
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlər zamanı bir neçə şəxs saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, İdarəyə Qum adası ərazisində yerləşən “Bahar enerji” əməliyyat şirkətindən müəssisəyə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən elektrik naqilinin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub.
Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu tərəfindən əraziyə baxış keçirilib. Su polislərinin həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməksdə şübhəli bilinən 3 nəfər paytaxt sakini Xəlil Həsənov, əvvəllər məhkum olunmuş Səyyar Məhərrəmov və Həsənqulu Quliyev saxlanılıb.
Qeyd edək ki, bu şəxslər əvvəlcə əməliyyat şirkətinin inzibati binasına daxil olublar və oradan oğurluq etmək istəyiblər. Daha sonra isə dəstə üzvləri şirkətin ərazisində qeyd edilən cinayət əməllərini törədiblər. Araşdırma zamanı müəyyən edilib ki, Xəlil Həsənov və digərləri heç bir balıqçılıq icazələri, eləcə də kvotası olmadan dənizə balıq tutmaq adı qayıqla daxil olublar. Həmin qayığa baxış zamanı balıqçılıq alətləri yox dəmir avadanlıqlarının kəsilməsi üçün nəzərdə tutulan əşyalar və şirkətdən oğurlanan naqillər, həmçinin konstruksiyalar aşkar edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə vətəndaş məmnunluğu təmin edilib. Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə şikayət edən bir nəfər xanım Bakı Dəniz Vağzalının ərazisində yerləşən restoranlardan birində ona məxsus içərisində 1500 manat və sənədlər olan əl çantasının oğurlandığını bildirib. İdarə əməkdaşları tərəfindən aparılan araşdırmalar zamaı müəyyən edilib ki, həmin qadının çantası oğurlanmayıb. O, yaşadığı evə gedən zaman çantasını paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərdən birinin qarşısında itirib. Su polisləri tərəfindən görülmüş operativ tədbir nəticəsində çanta qısa zamanda tapılaraq içindəki pullar və sənədlərlə birgə sahibinə qaytarılıb.
Su Polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq aparılır.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR