Bakı-Sumqayıt yolunda dəhşətli anlar (FOTO)

img

11-03-2014 [10:25]


Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaşanıb. ANS PRESS-in məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində, Xırdalan qəbristanlığı ətrafında, Masazır yolunda, o cümlədən, Biləcəri qəsəbəsindən, Avtovağzala gedən yolda, eləcə də, "20 Yanvar” istiqamətində avtomobillərin hərəkəti demək olar ki, dayanıb.
Xırdalan dairəsində sürücülər hərəkət istiqamətinin əksinə gediblər. Sərnişinlər isə avtobuslardan düşərək piyada getməyə məcbur olub.

Bir tərəfdən avtomobillərin havaya buraxdığı zəhərli tüstü, bir tərəfdən sürücülərin səsgücləndirici siqnallardan istifadə etməsi böyük gərginlik yaratmışdı. Yol polisləri də yaranmış dəhşətli mənzərənin əlində aciz qalmışdı. Çünki avtomobillərin çoxluğu ilə yanaşı yollarda gedən təmir-tikinti işləri, eləcə də, səriştəsiz sürücülərin hərəkətləri yolun bağlanmasına səbəb olmuşdu.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ANS PRESS-ə açıqlamasında Bakı-Sumqayıt yolunda həmişə tıxac olduğunu etiraf edib.

"Onsuzda həmin ərazidə həmişə avtomobil sıxlığı müşahidə olunur. Hazırda həmin istiqamətdə körpüdə təmir işləri aparılır. Bundan başqa avtomobillərin nizamsız hərəkəti yollarda problem yaradır. Avtobusların düzgün dayanmaması vəziyyəti daha da gərginləşdirir. Təmir-tikinti işləri bitəndən sonra həmin istiqamətdə gərginlik aradan qalxacaq”, - deyə K.Əliyev vurğulayıb.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA