PUTİN GERÇƏKDƏN NƏ İSTƏYİR? - Məşhur amerikalıdan təhlil
24-01-2022 [20:07]
İvo Daalderin “Financial Times” qəzetində “Putinin ən böyük qorxusu Rusiyanın qonşularının azadlığıdır” başlıqlı məqaləsi dərc olunub.
Xatırladaq ki, İvo Daalder 1995-1997-ci illərdə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa bölməsinin direktoru, 1998-2001-ci illərdə ABŞ-ın XXI əsrdə Milli Təhlükəsizlik Məsələləri Komissiyası nəzdindəki tədqiqat qrupunun üzvü, 2009-2013-cü illərdə ABŞ-ın NATO-da səfiri olub. İvo Daalder 2013-cü ildən Amerikanın nüfuzlu analitik mərkəzlərindən sayılan Qlobal Məsələlər üzrə Çikaqo Şurasının prezidentidir.
Mia.az Novator-a istinadla “Putinin ən böyük qorxusu Rusiyanın qonşularının azadlığıdır” məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır:
"Ukraynada müharibə ehtimalı böyük əks-səda doğursa da, Rusiya ilə diplomatik təmaslar həyata keçirilsə də, əsas məsələ yenə müəmma olaraq qalır: prezident Vladimir Putin gerçəkdən nə istəyir?
Bu ay Cenevrə, Brüssel və Vyanada ABŞ, NATO və Avropa rəsmiləri ilə görüşən rusiyalı diplomatlar belə Putinin niyyətini bilmədiklərinə işarə vurublar. Eyni zamanda onların hamısı bu sözü deyiblər: tələblərimizi qəbul etməsəniz “fəlakətli nəticələrlə” üzləşə bilərsiniz.
Rusiyanın tələbləri aydındır. Moskva NATO-nun şərqə, xüsusən də Ukraynaya doğru genişlənməsinə son qoyulmasını istəyir. Kreml Rusiya sərhədi yaxınlığında, ən çox da Ukrayna ilə sərhəddə hərbi texnika cəmlənməsini yasaq etmək istəyir. 1999-cu ildən başlayaraq NATO-ya 14 yeni ölkə qoşulub. Moskva istəyir ki, NATO həmin ölkələrdə yerləşdirdiyi bütün hərbi qüvvələri, infrastrukturu o ölkələrin özlərinə təhvil versin.
Bu tələbin kökündə duran odur ki, Moskva həmin dövlətlərin NATO-ya bərabər gücdə olmadığını bilir.
Alyansa yeni üzvlərin qəbul edilməsi hüququ NATO-nun təsis müqaviləsində əksini tapıb və 1952-ci ildən bəri dəfələrlə əməli şəkildə reallaşdırılıb. Alyans üzvlərinin müdafiəsinin təmin olunması qərarlarını isə Rusiya deyil, NATO özü verir.
Əslində Ukraynaya hücum NATO-nu Moskvanın tələblərini yerinə yetirməyə məcbur etmək baxımından heç də ağıllı variant deyil. Əksinə, bu, Ukrayna cəmiyyətində Qərbə yaxınlaşmaq siyasətinə dəstəyi daha da gücləndirə bilər. Rusiyanın 2014-cü ildə Ukraynaya təcavüzü zamanı da belə oldu.
Eyni zamanda Moskvanın seçdiyi taktika Ukraynanı gücləndirmək üçün bu ölkəyə daha yüksək templə maddi dəstək verilməsinə gətirib çıxarır. Ukraynaya növbəti hərbi müdaxiləyə qərar versə, Rusiya sərhədlərində ABŞ və NATO qüvvələrinin mövcudluğunun artacağına şübhə yoxdur.
Rusiya bütün diqqətini NATO-ya, həmçinin alyansın keçmiş fəaliyyətinə yönəltsə də, Putinin istəyinin cavabı Brüsseldə, Vaşnqtonda yox, elə Moskvanın özündədir.
Putin şübhəsiz ki, NATO-nun genişlənməsindən narahatlıq keçirir, ancaq onun əsl problemi 1991-ci ildə Sovet İttifaqının dağılmasıdır. Putin SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” sayır. Bu “fəlakət” Rusiyanı hər biri öz gələcəyini müəyyən etməyə qadir müstəqil dövlətlərin əhatəsində qoyub.
Rusiya keçmiş sovet məkanında ən güclü dövlət olaraq qalır. O, BMT Təhlükəsizlik Şurasının üzvüdür, dünyanın ən qüdrətli ordularından və ən böyük nüvə arsenallarından birinə malikdir. Bununla belə Putin qorxur və onu qorxudan Rusiyanın qonşularının müstəqilliyidir. Onun ən böyük qorxusu budur. Səbəb o deyil ki, qonşuları Rusiyaya hərbi cəhətdən təhlükə törədir. Xeyr, onlar Putinin rejiminə təhlükə törədir və bu, hərbi yox, siyasi təhlükədir.
Putin qorxur ki, qonşuluqdakı keçmiş sovet respublikalarından biri uğurlu, çiçəklənən demokratik dövlətə çevrilər (mən hələ Qərbə tam inteqrasiyanı demirəm), nəticədə eyni şeyi rus xalqı da tələb etməyə başlayar. Bunun qarşısını almaq üçün Putin çalışır ki, qonşu dövlətlərə hakimiyyətdə qalıb-qalmayacağı Rusiyadan asılı olan güclü adamlar rəhbərlik etsinlər.
2000-ci illərin əvvəllərində Gürcüstanda və Ukraynada “rəngli inqilab” adlandırılan inqilablar oldu. Bu, Putini bərk qorxuya saldı. O, 2011-2012-ci illərdə Rusiyada narazılığını bildirməyə qalxmış xalqın üstünə qəzəblə yeridi, kütləvi etiraz aksiyalarını yatırtmaq əmrini verdi.
2014-cü ildə Ukraynadakı Meydan hərəkatı Rusiyanın dəstəklədiyi prezident Viktor Yanukoviçi ölkədən qaçmaq məcburiyyətində qoyanda Putin bu ölkənin Krım yarmadasını ilhaq etdi, Donbas bölgəsində separatçı rejimləri maliyyələşdirməyə başladı – bu günədək də maliyyələşdirir.
2020-ci ildə Putin Belarusda seçki saxtakarlığına etiraz edən dinc nümayişləri dağıtmaqda Aleksandr Lukaşenkoya yardımçı oldu. 2022-ci ilin yanvarında isə o, növbəti üsyanı yatırtmaq üçün Qazaxıstana qoşun göndərdi.
Xaricdə diktatorları dəstəkləyə-dəstəkləyə Putin o biri yandan da öz ölkəsində yerini bərkitməyə çalışıb – konstitusiyanı dəyişərək ən azı 2036-cı ilə qədər hakimiyyətdə qalmaq imkanı qazanmaqla, rəqiblərini öldürtməklə, tutdurmaqla, müstəqil KİV-ləri qapatmaqla, vətəndaş cəmiyyəti nümayəndələrini “xarici agent” adlandırmaqla məşğul olub.
Putin bütün bu addımlarını Rusiyanı düşməndən – Qərbdən qorumaq zərurəti ilə əsaslandırır. Deyir xarici qüvvələr Rusiyaya qonşu ölkələrdə “rəngli inqilab”lar təşkil edib NATO-nu Rusiya sərhədinə daha da yaxınlaşdırmaq istəyir.
Ukrayna böhranına geniş prizmadan yanaşmaq lazımdır. Rusiyanı təhdid edən nə Ukrayna, nə də hələlik şərq cinahına vur-tut bir neçə tabor yerləşdirmiş NATO-dur. Alyansın həmin taborları Rusiyanın Ukrayna yaxınlığında cəmlədiyi qoşunlarla heç müqayisə edilə bilməz.
Amma Putin qəsdən böhran vəziyyəti yaradır. O, Ukrayna üzərində nəzarəti yenidən öz əlinə keçirmək istəyir. Rusiya prezidenti təxribatlardan, kiberhücumlardan və hibrid müharibənin digər formalarından yararlanmaqla Ukrayna hakimiyyətini birbaşa və ya dolayı yolla sabotaj etməyə çalışır.
Putinin qələbə çalmasına imkan vermək olmaz. Ukraynanın müstəqilliyi və onun (bəzən büdrəsə də) demokratiyaya sadiqliyi – Avropanın təhlükəsizliyi və sabitliyi ilə rus ekspansionzminin dirçəlişi arasında duran amillər bunlardır.
Rusiyaya NATO-nun genişlənməyəcəyini vəd etməklə və ya alyansın şərq cinahından qüvvələri çıxarmaqla Putini dayandırmaq mümkün deyil. Putini yalnız Ukraynaya qətiyyətli dəstək dayandıra bilər. Ona görə ABŞ və NATO Kiyevə özünü müdafiə etmək üçün hər bir şəraiti yaratmalı, Ukraynanı hər cür silahla təchiz etməlidir.
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib