“Gəncə işi”ndə təqsirləndirilən Yusif Sadıxov və Müşviq Qurbanova hökm oxunub
18-01-2022 [14:59]
“Gəncə işi”ndə təqsirləndirilən Yusif Sadıxov və Müşviq Qurbanova hökm oxunub.
Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Y.Sadıxov barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.2.1 (Qəsdən adam öldürməyə cəhd), 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11 (Qəsdən adam öldürmə), 214.2.1 (Terrorçuluq), 214.2.3, 214.2.6, 28, 277, 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə irəli sürülən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilib.
Y.Sadıxov CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Hökmdə qeyd edilib ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra vəfat edən Y.Sadıxov təqsirli bilindiyi CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə cəza təyin olunmayıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Bundan başqa, hökmə görə M.Qurbanov barəsində CM-nin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277 və 279.1-1-ci maddələri ilə verilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilib. CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6 və 28, 277-ci maddələrindən həmin məcəllənin 307.3-cü (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Səfərova ömürlük həbs cəzası verilib.
Y.Sadıqov və M.Qurbanov da bu iş üzrə ittiham olunaraq saxlanılıb.
Xatırladaq ki, Y.Sadıxov 2020-ci ilin noyabrın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında vəfat edib/Report.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR