Sabunçu rayonunda narkokuryerliklə məşğul olan “bloger” saxlanılıb - VİDEO/FOTO
14-01-2022 [18:18]
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib.
Bu şəxs ifadəsində instaqram sosial şəbəkəsində blogerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.
Qeyd edək ki, Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli imiş. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında polislər tərəfindən saxlanılaraq Bölməyə gətirilib.
15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər - Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıb. Bu şəxslərdən də narkotik maddə olan heroin aşkar olunub.
Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR