"Övladlarımızın ali ordenlərimizlə təltif olunacağını gözləyirdik, ancaq…” - Şəhid qardaşların valideynlərindən ölkə rəhbərliyinə müraciət
11-01-2022 [10:40]
Mingəçevirin İkinci Vətən Müharibəsi şəhidləri, .əhid qardaşlar - Musa və Tural Həsənovların valideynləri Nəhayət və Tapdıq Həsənovlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, Birinci xanım Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə və Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıblar.
Mia.az Etikxeber.az-a istinadla həmin müraciəti təqdim edir:
“Cənab Ali Baş Komandan!
Yazıb Sizə bildirmək istəyirik ki, biz-Nəhayət və Tapdıq Həsənovlar Mingəçevirdən olan Şəhidlərin-iki Şəhid övladın valideynləriyik və son bir il ərzində üçüncü dəfədir Sizə, Ali Baş Komandanımıza müraciət edirik. Səhv etmiriksə, ilk dəfə ötən ilin may ayının sonlarında və sentyabr ayının əvvəllərində Sizə müraciət ünvanlamışdıq. Bir daha qeyd etmək istərdik ki, övladlarımız Tural və Musa Həsənovlar İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, cəbhə bölgəsinə-Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərə göndəriliblər. Hər iki övladımız da ailəli, iki övlad atası idi. Bir xeyli müddət öncə isə-ötən ilin yazında Şəhidlərimizdən Musanın bir yaşlı övladını-İncini də itirdik və dərdimizin üstünə yeni bir dərd gəldi. Allah heç bir bəndəsinin başına belə bir müsibət gətirməsin.
İncimiz Şəhid atasına və Şəhid əmisinə qovuşdu. Hər üçünün də məkanı cənnətlik, nurlu olsun! Onu da qeyd edək ki, həm Musa, həm Tural İkinci Vətən Müharibəsinin elə ilk günlərində, qanlı döyüşlərdə Vətən, Qarabağ uğrunda Şəhid olublar. Musanın Şəhidliyi 35, Turalın Şəhidliyi isə 69 gündən sonra təsdiq olunub və Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunublar. Övladlarımızın hər ikisi də ölümlərindən sonra Müzəffər Ali Baş Komandanımız kimi, ötən ilin dekabr ayı və bu ilin iyun ayında imzaladığınız müvafiq Sərəncamlarla 3 medalla təltif olunub”.
Müraciətdə daha sonra qeyd olunur:
“Hörmətli İlham Heydər oğlu!
İkinci Vətən Müharibəsi zamanı iki övladını itirən 4 ailədən biriyik. Övladlarımızın Qəhrəmanlığı, İgidliyi, Şəhidliyi ilə də Fəxr edirik, Qürur duyuruq. İstər Şəhid, istərsə Şəhid valideyni olmaq heç də hər kəsə nəsib olmur. Həm Şəhidlik, həm də Şəhid valideynliyi ən müqəddəs dəyərdir. Ona görə, Şəhid(lər) valideyni olaraq, arzumuzdur ki, övladlarımızdan biri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı, digəri isə “Qarabağ” və ya “Zəfər” ordeni, yaxud, başqa ordenlərimizdən biri ilə təltif edilsin. Öncəki müraciətlərimizdə də bu xahişimizi bir qədər fərqli formada qeyd etmiş, dilə gətirmişdik. Düzdür, ilk-may ayındakı müraciətimizdən sonra Tural daha iki, Musa isə daha bir medalla təltif olundu, buna görə də əməyi, zəhməti keçən hər kəsə, xüsusilə, Müzəffər Ali Baş Komandan kimi Sizə minnətdarıq. Amma bununla belə, çox istərdik ki, həm bizim övladlarımız, həm də 32 illik Qarabağ münaqişəsi-İkinci Vətən Müharibəsi zamanı iki oğlunu itirmiş valideynlərin Qəhrəman, Cəsur övladları daha yüksək və Haqq etdikləri adlara, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adlarına, “Qarabağ” və Zəfər” ordenlərinə, yaxud, digər ali ordenlərə layiq görülsünlər. Bizim özümüzlə bərabər, eyni taleni yaşamış, yaşayan Şəhid(lər) valideynlərinin də arzularını dilə gətirir və çin olmasını Sizdən rica edirik.
Düzünü deyək ki, 8 noyabr Zəfər Günü ərəfəsində övladlarımızın yenidən, ən azı yüksək, ali ordenlərimizlə təltif olunacağını gözləyirdik, ancaq çox təəssüflər olsun, bu, baş vermədi və bizi çox üzdü. Çox ümidli idik. Ona görə çox istərdik, çox arzu edərdik ki, bizim istəyimizin, xahişimizin nəzərə alınmasına və onun müsbət həll olunmasına dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz. Əgər övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı, digərinə isə “Qarabağ” və ya “Zəfər” ordeni, yaxud, başqa ordenlərimizdən biri verilərsə, bu, həm Şəhidimizin, Şəhidlərimizin ruhunu, ruhlarını sevindirmiş olar, həm də dərdli, kədərli, Qürurlu və Məğrur Şəhid(lər) valideynləri, Şəhidlər ailəsi olaraq, bizlərə mənəvi dəstək, təsəlli, təskinlik olar. İnanırıq və əminik ki, müraciətimiz tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Öncədən də Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi, gözəl ailənizi, Qalib Dövlətimizi, Qalib Xalqımızı, Qalib Əsgərimizi qorusun!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi