Azərbaycanda hava pisləşəcək – Xəbərdarlıq

img

05-03-2014 [13:51]


Bu həftənin sonunda ölkə ərazisində hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 06-dan 07-nə keçən gecədən başlayaraq martın 09-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Martın 07-si gündüzdən 08-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Martın 08-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA