Şəhid zabitimizin son sözləri (VİDEO)

img

05-03-2014 [11:43]


Şəhid zabitimiz Fərid Əhmədovun döyüşə girərkən dediyi son sözləri əks etdirən videolar yayılıb.

ANS PRESS-in məlumatına görə Fərid Əhmədov yayılan videolarda dünyasını dəyişəcəyindən, yaxşı oğlan kimi xatırlanacağından danışıb. Milli qəhrəmanımızın döyüş əzmi əks etdirən videolar hər kəsin marağına səbəb olub: "Mən yaxşı uşağıydım”

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3 nəfəri yaralayaraq şəhid olub. Fərid Əhmədov da ötən il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olub.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA