Zahid Oruc: ”Ailə kiçik dövlət, dövlət böyük ailədir!"
22-12-2021 [16:28]
Zahid ORUC,
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,
Deputat
***
İlk növbədə Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkil etdiyi konfransda hər birinizi ürəkdən salamlayırıq, Yeni təqvim ilinin astanasında hamınıza ən xoş arzu və diləklərimizi çatdırırıq.
İcazə verin, tədbirimizə başlamazdan əvvəl, 24 dekabr 2021-ci il tarixində Azərbaycan respublikasının prezidenti, 2020-ci ilin parlaq Vətən müharibəsində xalqımızı və ordumuzu parlaq qələbəyə gətirən liderin, Zəfər Komandanı cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə hər birinizin adından səmimi qəlbdən təbrik edək, ölkə başçısına Böyük Qayıdış, Böyük Quruculuq və Böyük Azərbaycan naminə yeni Şuşa Zəfərləri arzulayaq!
Hörmətli dostlar,
Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi ictimai həyatın müxtəlif sahələri ilə bağlı aktual məsələləri araşdırmağa, tədqiqatlar aparmağa və gəldiyi nəticələri hakimiyyət institutlarına və cəmiyyətə çatdırmağa çalışır.Azərbaycan ailəsi kimi tarixən hər zaman müqəddəs sayılan bir mövzunun araşdırılması və onun hazırki portretini canlandırması daha böyük nəzərlərlə ailə institutunun dayaqlarının necə yeni bir təməllərə daşındığını tədqiq edilməsi həm dövlətimiz, həm də milltəmiz üçün bir nömrəli məsələdir.Ailə münasibətləri, milli ailə modelinin məruz qaldığı təsirlər və gözlənilən nəticələr hazırkı tədbirin əsas mövzusudur.
Bu gün ailə institutu, milli dəyərlər sistemi fasiləsiz xaricilərə təzyiq məruz qalır. Azərbaycan ailəsi bir tərəfdən tarixin sərt sınaqlarından çıxaraq köklü dəyərləri və ənənələri, norma və idealları özündə qoruyub saxlamağa çalışır, digər tərəfdən dünyada radikal dəyişikliklər hər bir millətin üzərində qərarlaşdığı fundamental dayaqlara hücum edir, onun özgürlüyünü, fərqliliyini və müqəddəsliyini əlindən almağa çalışır.Söhbət əlbəttə, dünyəvi bir tendensiyadan gedir və biz indiki halda yalnız ölkəmizdən danışmırıq. Ümumiləşmiş halda deyə bilərik ki, xaricdən ixrac olunan mal və xidmətlərdən daha çox indi biz kütləvi qaydada,
• Dəyərlər sisteminin yadlaşması və əsasən qərbləşməsi,
• Qlobal informasiya məkanında sərhədsiz azadlığın gətirdiyi təhlükələri
• Fərdiyyətçiliyin geniş yayılmasını
• Qadın və kişilər arasında rolların yenidən bölünməsini
• Ənənəvi ailə modellərinin əvəzləməyə iddialı olan alterantiv ailə modellərinin üstünlük qazanmasını
• Uşaqsız ailə ideallarınn geniş təbliği və çağdaş dörmüzdə Ailə institutunun mahiyyətinin dəyişməsinə və dünənədək əsas cəmiyyət istitutları tərəfindən kəskin müqavimətlə qarşılanan davranış və bu gün normaya çevrildiyinin şahidi oluruq.Bir vaxtlar gerilik, hüquqsuzluq, mövhumatçılıq, qeyri-bərabərliyi aradan qaldıran, eləcə də imperiyalar arasında təkcə torpaqlarını və sərvəvlətrini deyil, həm də öz ailə varlğını qoruyan Azərbaycan dünyadakı aşırı müasirliyin təhlükələrindən qorunmaq yolunu axtarır.Məhz ona görə də ölkə rəhbəri ənənəvi dəyərləri “ən böyük sərvət” adlandırır.
Keçmiş sovet ailəsinin obrazı, onun yaratdığı ideoloji nümunələr, milli filmlər, bədii əsərlər və yüzlərlə tarixi vasitələrlə yaddaşımıza həkk olan, indiki nəsillərə ötürülən ailə ənənələri bu gün xarici film sənayesi, mediası, texnikası və texnologiyasının, smart sistemlərinin əlavəsinə çevrilərək zəiflədilirsə də hər bir halda, Qafqazlarda tarix boyu güclü olan milli köklərini və ruhunu, öz varlığını qoruyub saxlayır.
Rəqəmsal texnologiya, sosial media bir tərəfdən gündəlik həyatımızı asanlaşdırarkən, digər tərəfdən ictimai nizamın zədələnməsinə, xüsusən ailə bağlarının qırılmasına yol açır. Təsadüfi deyil ki, ictimai rəy sorğularında Azərbaycan cəmiyyəti ailə münasibətlərinə əsas təhdid kimi sosial şəbəkələri qeyd edir (64%). Şəxsi münasibətləri, sirləri və mübhəmliyi əldən almağa çalışanlar aillələrə açıq hücum edir. Əvəzində isə İmmunitet qüvvəmiz və əsas silahımız, məhz bizi dünya xəritəsində qoruyub saxlayan ailə dəyərlərini hifz etməkdir.Bu çağırış təkcə dövlət qarşısında deyil, daha çox cəmiyyətdən səfərbərilik və müqavimət tələb edir.
Ailə və dövlətin, ailə və cəmiyyətin müqəddəratı daim eyni olur.
Güclü cəmiyyət sağlam ailə münasibətlərinə bağlıdır. Konstitusiyamızda ailə dövlətin və cəmiyyətin əsas özəyi kimi qəbul edilir. Biz həm də tarixən ailəni ocaq və qoruyucu nüvə sayan bir mədəniyyətin, sivilizasiyanın mənsublarıyıq.
Güclü ailə güclü dövlətin təməlidir. Ailə kiçik dövlətdir, dövlət böyük ailədir.
Biz son 30 ildə ən böyük təhlükələri dəf edəndən sonra Vətən savaşında öz övladlarını şəhid verən minlərlə azərbaycanlı ailəsini 21-ci əsrin ən böyük qüvvəsi və hadisəsi adalndıra bilərik.
Öz həyat yoldaşını, qardaşını, oğlunu, atasını, doğmasını Vətənə bağışlamağa hazır olan yüz minlərlə ailə həm də qlobal savaşlardan qalib çıxan Zəfər ailələri deməkdir.2-ci Qarabağ müharibəsində parlaq Qələbəni qazanan da tarixi Azərbaycan kodlarını daşıyan, qalibiyyət ordusunu, millətimizi və dövlətimizi quran ailələrdir. 44 günlük savaşda düşmənə qarşı səngəri vahid olan-tikəsini əsgərlə bölən hər bir insan, yaralıya qan verən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə ehtirama layiqdir.Əlbəttə, savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb.Lakin əvəzində onların qanının qarışdığı torpaq azad olunub!
Ali Baş Komandanın və hörmətli Mehriban xanımın çiyin-çiyinə ordumuzla birgə addımlaması, onların qürur və itkisini qəlbən yaşamaları, analara çiyin verən Birinci xanımın mərhəməti əsil dövlət ərkanı və nəciblik nümunəsidir.
Qələbimizin nəticəsinin ictimai həyatın bütün sahələrinə, eləcə də ailə quruculuğuna, dövlətin ailə siyasətinə daşınması mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, şəxsiyyət amili məktəbdən, cəmiyyətdən əvvəl ailədə inşa olunur. Yeni nəslin qalib ruhda, qalib milli kimlikdə formalaşması məhz ailədən başlamalıdır.
Biz böyük ailələri-təkcə valideyn və övladlardan ibarət deyil, o cümlədən, valideyn, övlad və nənə-babadan ibarət “böyük ailə” strukturunu ən uğurlu ailə modeli hesab edirik. Təəssüf ki, yad idealları geniş ailə strukturunu sıradan çıxardıqca onun yaşlı üzvləri üçün də ailədən kənar qayğı mərkəzi həllərini genişlənir. Ailədaxili münasibətlərin kəmiyyət və keyfiyyət baxımından transformasiyası ailənin ictimai təsəvvürdəki möhkəm yuva, ocaq, güvən obrazını dağıtmamalıdır.
Bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı ailə qorunmalı olan ən müqəddəs ictimai strukturdur.Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir.
Gəlin unutmayaq ki, Güclü millətlər güclü ailələrdən doğulur!
Dövləti qorumaq ailəni qorumaqla mümkündür!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi