Rusiyanı qucaqlayaraq boğmaq...
22-12-2021 [15:09]
Natiq CƏFƏRLİ
***
1991-ci ildə SSRİ dağılanda ABŞ-da və başqa Qərb ölkələrində belə bir təsəvvür yaranmışdı ki, tarixi missiya yerinə yetirilib, məsələ həll olunub, təkqütblü dünya var, Rusiyanın dağılması an məsələsidir, Çin isə heç vaxt ciddi rəqib ola bilməz.
Boris Yeltsinin prezidentliyi dövründə Rusiya Qərbə inteqrasiya yolu tutmuşdu, zəif idi. Bu, Qərbi çox arxayınlaşdırdı, dar hədəflərə çatmağa kömək oldu, amma qlobal yanaşma qurban verildi.
SSRİ dağılandan sonra Qərbin əsas hədəfləri postsovet ölkələrini inteqrasiya etmək, Belarus və Ukraynanı öz orbitinə çəkib slavyan birliyinə imkan verməmək, Rusiya ilə Çini yaxınlaşmağa qoymamaq.
2007-ci ilə qədər Qərb Balkan məsələsini həll etdi, Baltik ölkələrini Avropa İttifaqı və NATO-ya çəkdi, postsovet ölkələri ilə münasibətləri daha üst səviyyəyə çatdıra bildi. Amma elə bildi ki, artıq hər şey bitdi, Rusiya daha heç vaxt dirçələ bilməyəcək, Çin isə həmişəlik Qərbin, o cümlədən ABŞ-in istehsal fabriki kimi qalacaq. Ən böyük səhvlər də bundan sonra başladı.
2007-ci ildən Qərb siyasətçilərinin səhvlər zənciri başladı, liderlik problemi yaşandı, nəticədə Rusiya itirdiyi mövqeləri yavaş-yavaş geri qaytardı. 2008-ci ildə Kreml Gürcüstanın beşdə birini işğal etdi. Qərb 2009-da ilk dəfə sanksiyalar rejiminə start verdi, amma dişsiz, mənasız sanksiyalar Kremlə ciddi təsir etmədi. Nəticədə Ukrayna böhranı başladı, Kreml 2014-də Krımı, Donbası işğal etdi, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropada sərhədləri hərbi yolla dəyişdirdi. Qərb nə etdi? Yenə dişsiz, mənasız sanksiyalar.
Sonra Qərbin tutarsız siyasəti nəticəsində Rusiya Belarusu tam içinə aldı, tam nəzarətə götürdü.
Qərbin səhv siyasəti Rusiya ilə Çini yaxınlaşdırdı. Rusiya-Çin ittifaqı yaranır, yaranacaq.
Qərb SSRİ dağılandan sonra qarşısına qoyduğu məqsədlərin çoxunda uduzmağa doğru gedir. İndi də Rusiya Qərbə faktiki ultimatum təqdim edib: postsovet məkanının Rusiyanın arxa bağçası olduğunu qəbul etmək, Ukrayna və Gürcüstanın NATO-ya üzvlük yolundan geri çəkilməsi, Şərqi Avropadan NATO-nun hücum infrastrukturunu yığışdırmaq.
Çox ağır, çətin dövrdə yaşayırıq, Qərb bu ultimatumu qəbul etsə, tam uduzur, Rusiya daha da güclənir, qəbul etməsə, yenə uduzur, Rusiya Ukraynanın yarısını işğal edəcək. Qərb isə ancaq yeni sanksiyalar qoymaqla hədələyir – bu sanksiyalar da mənasızdır.
Məsələn, deyirlər Rusiyanı banklar arasındakı beynəlxalq köçürmə sistemindən ayıracaqlar, bəs Qərb Rusiyadan aldığı təbii qazın, neftin pulunu necə verəcək? Təyyarələrlə nağd pul göndərəcək? Avropa İttifaqının illik qaz tələbatının 35 faizini Rusiya verir, qış da qapıda, Rusiya qaz verməsə, Avropa donacaq.
Yəni sabah Rusiya Ukrayna və bəzi postsovet ölkələrini, Çin isə Tayvanı işğal etsə, Qərb nə edəcək? Yenə mənasız, dişsiz sanksiyalar qoyacaq?
Çox təhlükəli məqamdır. 2020-ci ildə torpaqlarının böyük bir hissəsini azad etməsi Azərbaycana üstünlüklər verir, biz Ukraynadan, Gürcüstandan, Moldovadan daha yaxşı durumdayıq, amma bu, təhlükələrin olmadığı anlamına gəlmir.
Qərb yeni bir strategiya hazırlamalı, Rusiyanı konfrontasiya yolu ilə deyil, yaxınlaşma, orbitdə saxlama, qucaqlayaraq boğma yolunu tutmalıdır.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi