Fərid Şəfiyev Cənubi Qafqazdakı problemlərə diqqət çəkdi: "Məsələn, Rusiya və İranla olan münasibətlər, Rusiya-Qərb münasibətləri..."
22-12-2021 [12:28]
Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol” adlı konfrans keçirilib.
Mia.az xəbər verir ki, konfransda DİA-nın rektoru Urxan Ələkbərov, BMTM sədri Fərid Şəfiyev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb. O, Azərbaycanda idarəçilik texnologiyası və onun uğurlu nəticələri barədə məsələlərə toxunub.
BMTM sədri Fərid Şəfiyev isə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticələri barədə danışıb. O, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi vəziyyətin yarandığını deyib.
F.Şəfiyev Cənubi Qafqaz ətrafında bir sıra problemlərin olduğunu da dilə gətirib: "Məsələn, Rusiya və İranla olan münasibətləri, Rusiya-Qərb münasibətlərini qeyd edə bilərik. Biz bəzi məqamları hələ bilmirik. Bəlkə də, Prezident İlham Əliyev gələcəkdə bunları açıqlayacaq".
Daha sonra isə çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən böyük həssaslıqla qarşılanır: "Azərbaycan çox da böyük olmayan imkanlar çərçivəsində böyük nailiyyətlər əldə edib. Biz zəfərə doğru illərdir ki, yol gəlirdik".
Deputat həmçinin qeyd edib ki, Azərbaycanın multikulturalizm siyasəti dünyada bizim milli brendimiz kimi tanınır: "Biz milli hədəflərimizi çox dəqiq müəyyənləşdirə bilirik. Vətən müharibəsindəki tarixi qələbəmizin siyasi əsaslarını uzun illərdir formalaşdırırdıq. Prezident İlham Əliyevin bütün istiqamətlərdə atdığı addımlar bizi böyük qələbəyə yaxınlaşdırdı. Burada riyazi hesablamalar çox dəqiq olub. Bundan sonra əsas hədəfimiz regional təhlükəsizliklə bağlıdır".
BMTM-in şöbə müdiri Cavid Vəliyev də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən qələbə barədə də fikirlərini tədbir iştirakçılarına bölüşüb: "Ölkəmiz Ali Baş Komandanın rəhbərliyi ilə tarixi qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib. Bu gün Ermənistanın ən çox narahat edən məsələlərdən biri də dünyada təcavüzkar dövlət kimi tanınmasıdır. Onlar beynəlxalq cinayətin subyekti olmadıqlarını göstərmək istəyirlər. Ancaq bunu BMT-nin qətnamələri də sübut edir".
Şöbə müdiri deyib ki, bu gün Azərbaycanın diplomatik və hərbi üstünlüyü davam edir: "Azərbaycan müharibədən sonra diplomatik üstünlüyünü qorumaq üçün də Türkiyə ilə əməkdaşlıq etməlidir".
Konfrans çıxışlarla davam etdirilib.
Paşinyanın Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ