XİN-in ev dustaqlığında olan keçmiş vəzifəli şəxsləri hakim qarşısında: "Göstəriş veriblər ki, bu işi gör, o da görüb" - "İnanın ki, mən özüm-özümə cəza vermişəm..."
21-12-2021 [19:32]
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər.
İlk olaraq təqsirləndirilən F.Mollazadənin vəkili Kamandar Nəsibov müdafiə çıxışı edib. Onun sözlərinə görə, cinayət işi üzrə 2 milyon 500 manat məbləğində dəymiş ziyan müvəkkili tərəfindən ödənilib, həmçinin Fərhad Mollazadə qanunsuz əldə etdiyi pulları özünə sərf etməyib: "Fərhad Mollazadə ifadələrində də dedi ki, mənimsəmə kimi yazılan məbləğ təsərrüfat işlərinə və digər xərclərə sərf olunub. Yəni həmin pullar aidiyyətı üzrə xərclənib".
Vəkil hökm çıxararkən müvəkkilinin məhkəmə prosesi müddətində rahat ifadə verməsini, istintaqın gedişinə mane olmadığını və dəymiş ziyanı ödədiyini nəzərə almağı məhkəmədən xahiş edib.
Daha sonra digər təqsirləndirilən şəxs Səlim Əlizadənin vəkili Rəşad Mirmehdizadə çıxış edib.
Vəkil çıxışında müvəkkilinə verilən ittihamın onun işlədiyi idarəyə aid olmadığını deyib: "Səlim Əlizadə icraçı olub, ona konkret göstəriş veriblər ki, bu işi gör, o da görüb. Əldə olunan pullara da nazirlik üçün xeyli işlər görülüb. İndi hamının götürdüyü işlər bu iki nəfərin üstündə qalıb".
Prosesin sonunda təqsirləndirilən Fərhad Mollazadə son söz deyib.
O, əməlindən peşman olduğunu bildirib: "Kamandar Nəsibovun dedikləri ilə tamamilə razıyam. Etdiyim əməldən də çox pesmanam. İnanın ki, mən özüm-özümə cəza vermişəm. Xahiş edirəm qərar qəbul edərkən vəziyyətimi nəzərə alasız".
Təqsirləndirilən Səlim Əlizadə son söz üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, ötən prosesdə prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Bildirilib ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar.
Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.
Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb