Ramil Usubov: "Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur"
21-12-2021 [10:00]
"Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə baş tutan səfərin məqsədi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi idi. Azərbaycan Prezidentinin tapşırığı ilə mən dövlətlərarası və regional təhlükəsizlik məsələlərinin ən aktual gündəm mövzularını həmkarımla müzakirə etdim".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
Usubov bildirib ki, səfər müddətində Şuşa Bəyannaməsinin imzalanması ilə ölkə arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb: "Bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq, dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi".
Ramil Usubov daha sonra deyib ki, azad olunan bölgələrin yenidən dirçəlişi, inkişaf salnaməsi məhz Prezident İlham Əliyev tərəfindən yazılır:
"Zəfər Komandanı indi Qurucu Lider kimi Qarabağı və Şərqi Zəngəzuru Qafqazın ən böyük tikinti meydanına, güclü inkişaf ünvanına, möhkəm təhlükəsizlik məkanına çevirir.
Bu tikinti-quruculuq prosesinin miqyası, dinamikası Azərbaycan dövlətinin gücünü, ən əsası isə Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünün nə qədər uğurlu olduğunu göstərir: “Təsəvvürünüzə gətirin, Azərbaycan ağır müharibədən çıxıb. Bu savaşın hər günü dövlət büdcəmizə böyük məbləğdə vəsait hesabına başa gəlib. Ölkəmizin ötənilki hərbi xərcləri milyardlarla manat həcmində olub, bunu hər kəs bilir.
Postsavaş dövründə isə yenə də iki istiqamət üzrə bu işlər intensiv surətdə davam etdirilir. Həm Silahlı Qüvvələrimizin arsenalı daha müasir səviyyədə və çox böyük həcmdə yenilənir, azad olunmuş ərazilərdə, sərhəddə çoxsaylı müvafiq hərbi, müdafiə xarakterli infrastrukturlar yaradılır. Məlum olduğu kimi, indi müdafiə xərcləri əvvəlki illərlə müqayisədə daha da artırılıb. Digər istiqamət isə quruculuq, tikinti məsələləridir ki, onlar da uğurla aparılır.
Dediyim odur ki, müharibədən çıxmış bir ölkə savaşın fəsadlarını aradan qaldırmaq üçün yenə də milyardlarla vəsait xərcləyir. Dünya Azərbaycanın iqtisadi cəhətdən necə güclü dövlət olduğunu elə bu faktlarla görür və bütün bunlar həyata keçirilən siyasətin düzgünlüyünü, islahatların səmərəliliyini göstərir. Aparılan nəhəng quruculuq prosesi Prezident İlham Əliyevin sərkərdəlik qüdrətini, liderlik bacarığını, müdrik idarəçiliyini bir daha təsdiqləyir.
Prezident Qarabağa və Şərqi Zəngəzura bəzən bir ay ərzində bir neçə dəfə səfər edib: “Qafqazda ilk “ağllı kənd”, “ağıllı şəhər” konsepti məhz işğaldan azad edilmiş ərazilərdə salınır. On aya beynəlxalq hava limanı tikilib, əlavə daha ikisinin də tikintisi sürətlə davam edir.
Xalqımız ötən illər ərzində işğal olunmuş torpaqlarımızın düşməndən azad ediləcəyinə ümidini itirmədi. Bu, onun öz Ümummilli Liderinin uzaqgörən, müdrik siyasətinə, dahi şəxsiyyətinə, onun layiqli davamçısı, qüdrətli rəhbərimiz cənab İlham Əliyevin qətiyyətinə, əzminə, polad iradəsinə, yüksək idarəçilik qabiliyyətinə və yorulmaz fəaliyyətinə inamdan qaynaqlanır. Bu ruh indi tariximizə, irsimizə, milli-mənəvi dəyərlərimizə layiq şəkildə dirçəldilir.
Qarabağ həm də ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır. Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.
Qarabağ və Şərqi Zəngəzur artıq azaddır. Onlar üçün ciddi təhlükə yoxdur. Ancaq bu bölgə elə bir həssaslığa malikdir ki, burada tikilən, qurulan dövlət, sosial, mədəniyyət, iaşə və digər infrastrukturlar həm də təhlükəsizlik sisteminin vacib təməlləridir. Hər bir tikili, hər bir quruculuq işi Azərbaycanın etibarlı təhlükəsizlik tələblərinin normalarına tam cavab verir”.
Mia.az
Paşinyanın Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ