"Azərsu" ASC-nin iki rayonda işçiləri döyülüb - Təfərrüat
20-12-2021 [16:27]
“Azərsu” ASC içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görür.
Mia.az xəbər verir ki, bu barədə ASC məlumat yayıb.
Bildirilir ki, abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəziləri hələ də göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar:
"Ağdam və Füzuli rayonlarında “Azərsu” əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təhqir və fiziki təzyiqlə üzləşiblər.
Ağdam rayonu Quzanlı qəsəbəsində ayrı-ayrı təsərrüfatlarda yaşayan Zaur Quliyevin 340 manat, Zamin Quliyevin 488 manat 45 qəpik, İlqar Quliyevin 351 manat borcu, Qaytaran Quliyevin adına olan abunəçi kodu üzrə isə 415 manat 90 qəpik debitor borc yaranıb. Həmin abunəçilərlə dəfələrlə fərdi söhbət aparılıb və ödəniş olunmasının vacibliyi diqqətlərinə çatdırılsa da, buna əhəmiyyət verməyiblər və ödəniş etməyiblər. Ağdam Sukanal Sahəsinin mühəndisi Etiqad Səmədli borc ödənilməyəcəyi təqdirdə suyun kəsiləcəyi ilə bağlı sonuncu dəfə bildiriş təqdim edərkən həmin abunəçinin fiziki təzyiqlərinə məruz qalıb.
Füzuli rayonunun Horadiz şəhərində isə yerli sukanal idarəsinin əməkdaşı Nəbi Abbasov xidməti vəzifəsini yerinə yetirərkən abonent Cavid Xalyəddinovun ağır təhqirlərinə məruz qalıb. Horadiz şəhər sakini C.Xalyəddinov 303 manat borcunu ödəməkdən imtina edib və onunla aparılan maarifləndirici söhbət xoşagəlməz sonluqla nəticələnib. Hər iki faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
“Azərsu”yun bildiriş təqdim edən əməkdaşları xidməti vəzifələrini yerinə yetirir və onlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Bir daha istehlakçıların diqqətinə çatdırılır ki, göstərilən xidmətin səviyyəsi ödənişin vaxtında edilməsindən asılıdır.
Yaranmış debitor borcların hissəli ödənişinə də şəarait yaradılır. Bunun üçün abunəçi yerli sukanal idarəsi və yaxud sahəsinə müraciət edərək razılaşma protokolu imzalaya və götürdüyü öhdəliyə uyğun olaraq borcunu hissə-hissə ödəyə bilər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi