YAP Binəqədi rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib - FOTOLAR
20-12-2021 [13:59]
17 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib.
Mia.az təşkilatın sosial şəbəkədəki hesabına istinadla xəbər verir ki, görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Vüsar İsmayılov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və aidiyyatı üzrə ərazi partiya təşkilatının rəhbərləri iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, Azərbaycan regionun aparıcı bir ölkəsi olaraq daim inkişaf edir və bu inkişaf göstəriciləri ilə bütün dünyaya nümunədir. Təbii ki, ölkəmizin çoxsaylı uğurlarının arxasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursu dayanır. Sədr çıxışında 44 günlük Vətən müharibəsindən bəhs edərək 30 ilə yaxın əsarətdə qalan tarixi torpaqlarımızın işğalda azad edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd etdi.
Partiyanın rayon təşkilatının sədri çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, onun siyasi fəaliyyətindən, həyata keçiridiyi uğurlu layihələrdən, eyni zamanda bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayında qəbul edilən yeni qərarlardan - partiyanın yeni strukturunun formalaşdırılmasından, yeni Nizamnaməsinin qəbul olunmasından söhbət açdı. O, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə ətraflı söhbət apararaq, onlara partiyanın fəaliyyətində hər zaman fəal olmağı tövsiyyə etdi.
Görüşdə çıxış edənlər üzvlüyə namizədlər YAP-a üzv olmaq istəklərinin dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin dövlətimizin və xalqımızın maraqlarına xidmət edən uğurlu siyasətinə verilən dəstəyin təzahürü olduğunu bildirdilər.
Görüş geniş fikir mübadiləsinin aparılması ilə başa çatdı, təkliflər dinlənildi.
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb